Accessibility links

Umud Şükri: Bu anlaşmadan ən çox Səudiyyə Ərəbistanı faydalanacaq


Umud Şükri
Umud Şükri

Enerji geosiyasəti və beynəlxalq əlaqələr üzrə ekspert Umud Şükri Amerikanın Səsi ilə söhbətdə İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin bərpası, İran mediasında Azərbaycan Respublikasına qarşı yayılan sərt açıqlamalar və nüvə sazişinin taleyi ilə bağlı danışıb.

Umud Şükri: İran və Səudiyyə Ərəbistanı arasında anlaşma bölgədəki tənlikləri dəyişəcək
please wait

No media source currently available

0:00 0:12:25 0:00
Direct link

Umud Şükri İran və Səudiyyə Ərəbistanı münasibətlərinin bərpasını razılaşmaya vasitəçilik edən Çin üçün bir diplomatik uğur olduğunu bildirib.

“İki ölkə arasında münasibətlərin bərpa edilməsi Çinin böyük bir diplomatik başarısıdır. Eyni zamanda İran və Ərəbistan da qısa müddətdə bəlli bir səviyyədə münasibətlərini inkişaf edib və bu səbəb olacaq ki, İran digər ərəb ölkələri ilə də münasibətlərini inkişaf etdirə bilsin. Bu da bölgədə sülh və sabitliyin davamına səbəb olacaq,” Şükri söyləyib.

O, illərdir Yəməndə davam edən daxili müharibəyə diqqət çəkərək, İran və Səudiyyə Ərəbistanının eyni zamanda Yəmən məsələsində də anlaşdıqlarını bildirib.

“Yəmən məsələsi çözülsə, bu iki ölkə daha çox öz məsələləri üzərində yatırım edə bilərlər. Çünki özəlliklə Ərəbistanın 2030 planında olan böyük meqalayihələr üçün ən böyük təhdid, geosiyasi təhlükə və İranın proksi qruplarından Ərəbistanın infrastrukturlarına gələn təhlükələrdir.”

Eskpert iki ölkə arasında münasibətlərin bərpa edilməsinə həm İran və Səudiyyə Ərəbistanının, həm də Çinin ehtiyacı olduğunu deyib, amma bunun ən çox Çin və Səudiyyə Ərəbistanı üçün faydalı olduğunu vurğulayıb.

“Ərəbistan İrandan daha qazanclı çıxdı. Çünki İranla münasibətlər normallaşsa Ərəbistanın layihələri addım-addım irəliləyəcək və 2030 və 2040 vizyonunda neftə bağlılığı azalacak və yenilənə bilən enerji və ona bağlı sənayelərə daha çox pul ayıra biləcək. İran-Ərəbistan anlaşması bölgədə tənlikləri dəyişdirəcək və yeni tənliklər ən çox Çin və Ərəbistanın lehinə olacaq.”

Umud Şükri müsahibədə həmçinin son vaxtlar farsdilli media və sosial şəbəkələrdə Azərbaycan Respublikası əleyhinə yazıların çoxalmasını dəyərləndirib.

“İran müxalifəti və İslam Cümhuriyyətinin ortaq nöqtəsi aşırı milliyyətçilik və Azərbaycan-Türkiyə düşmənçiliyidir. Bunu mediada da görə bilirik. Azərbaycanla bağlı gerçəkləri deyənlərə tribum verilmir. İçəridə də elədir, xaricdə də. İstər daxildə, istər xaricdə son günlərdə sosial şəbəkələrdə Azərbaycana qarşı çox ağır propaqandaya başlayıblar. Bu yüzdə-yüz bir mərkəzdən yönləndirilir,” o əlavə edib.

XS
SM
MD
LG