Martın 27-də Saatlının Çolpu kənd sakinləri şirin su çatızmazlığıyla bağlı aksiya keçirib.
Kənd sakinləri bildiriblər ki, nə içməyə, nə də əkinləri sulamağa suları yoxdur. Su almaq da onların büdcəsini aşır. Kəndlilər kanala gəlməli olan suyu məmurların müsadirə etdiyini iddia edir.