Accessibility links

Portuqaliya: Müsəlman Mərkəzində bıçaqlanma nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb


Portuqaliya polisi çərşənbə axşamı Lissabondakı İsmaili Müsəlman Mərkəzində iki qadını bıçaqlayaraq öldürməkdə şübhəli bilinən şəxsi güllələləyərək yaralayıb.

İsmaili icmasının lideri Nərzim Əhməd Portuqaliyanın S.I.C. telekanalına bildirib ki, qadınlar mərkəzin portuqaliyalı işçiləri olub.

"Polis çərşənbə axşamı səhər saatlarında mərkəzə çağırılıb və orada "böyük bıçaqla silahlanmış" şübhəli şəxslə qarşılaşıblar. Polis ona təslim olmağı əmr edib, lakin o, onlara doğru irəliləyib və daha sonra "zərərsizləşdirilib" , polisin bəyanatında deyilir.

Şübhəli polis nəzarətində Lissabon xəstəxanasına aparılıb.

Açıqlamaya görə, daha bir neçə nəfər yaralanıb, lakin əlavə məlumat verilməyib.

Baş nazir Antonio Kosta polisin şübhəli şəxsi güllələdiyini və jurnalistlərə hücumun "cinayətkar hərəkət" olduğunu deyib.

"Hər şey bunun təcrid olunmuş bir hadisə olduğuna işarə edir" - deyə, Kosta ətraflı məlumat vermədən bildirib.

Ölənlərin kimliyi ilə bağlı heç bir məlumat verilməyib. Xüsusi əməliyyat bölməsinin silahlı polisi bina ətrafına yerləşdirilib.

Kosta polisin hücumu araşdırdığını və bunun motivi barədə spekulyasiya etmək üçün hələ tez olduğunu bildirib.

Şiə İmami İsmaili Müsəlmanları ümumiyyətlə İsmaililər kimi tanınır. Onlar İslamın şiə qoluna aiddir.

İsmaili müsəlmanları dünyanın 25-dən çox ölkəsində yaşayan müxtəlif mədəni icmalardır.

Portuqaliyada son onilliklərdə heç bir əhəmiyyətli terror aktı qeydə alınmayıb və dini zorakılıqlar faktiki olaraq qeydə alınmayıb.

XS
SM
MD
LG