Accessibility links

Almaniyanın Təbrizdəki keçmiş konsulluğunun divarının bir hissəsi dağıdılıb


Təbrizdəki Keçmiş Almaniya konsulluğu
Təbrizdəki Keçmiş Almaniya konsulluğu

Təbriz bələdiyyəsi Almaniyanın Təbrizdəki keçmiş konsulluğunun divarının bir hissəsini küçə tikintisinə görə dağıdıb.

Sosial medialarda yayılan video-görüntülərdə Almaniyanın Təbrizdəki keçmiş konsulluğunun tarixi binasının divarının bir hissəsi bələdiyyə buldozeri tərəfindən dağıdıldığı müşahidə olunur.

Yarı rəsmi İSNA xəbər agentliyi Təbriz bələdiyyəsinin bu barədə açıqlamasını dərc edib. Təbriz bələdiyyəsi bu barədə yaydığı bildirişdə Almaniya Konsulluğunun tarixi divarının dağıdılmasını "köçürmə" məqsədilə həyata keçirildiyini bildirib.

Təbriz bələdiyyəsinin yayımladığı bildirişə görə, bu tarixi binanın divarının bir hissəsinin açılacaq olan "Cənubi Fələstin küçəsi" istiqamətində olduğuna görə dağıdıldığını bildirərək, bu divarın köçürülərək yenidən tikiləcəyini bildirib.

Bu bina 2021-ci ildə İranın milli tarixi abidələri siyahısında qeydə alınıb. Həmin bina 1900-cü ildə tikildiyi bildirilir.

Təbrizdəki keçmiş Almaniya konsulluğunun binası onsuz da çox baxımsız vəziyyətdədir və hər hansı bir təmir və bərpa işləri aparılmır. Bəzi sosial media istifadəçiləri deyir ki, bu bina bərpa olunsa, tarixi abidə kimi istifadə oluna və turistləri cəlb edə bilər.

İran rəsmilərinin bildirdiyinə görə, Təbriz şəhərinin tarixi tikililərinin cəmi 10%-i qalıb. Həmin qalan tarixi tikililərin durumu isə baxımsız vəziyyətdədir. Bəzi azərbaycanlı milli fəallar hesab edir ki, İran hökuməti Azərbaycan şəhərlərinin, xüsusən də Təbriz şəhərinin tarixi binalarını sistemli şəkildə dağıdır.

XS
SM
MD
LG