Accessibility links

ABŞ Kyivə hərbi dəstəklə əlaqədar məxfi sənədlərin sızmasını araşdırarkən Ukrayna Baxmutda mübarizə aparır


Ukrayna və Rusiya şərqdə Baxmut şəhəri bölgəsində qarşılıqlı hücumların qarşısını almağa davam edir. Ukrayna hərbçiləri son 24 saat ərzində cəbhə boyu “40-dan çox” Rusiya tərəfindən hücumun həyata keçirildiyini bildirirlər. Eyni zamanda, ABŞ hökuməti ABŞ və NATO-nun yaxın həftələrdə Ukraynanın mümkün hücumu üçün hərbi yardım göstərmək planlarının təfərrüatları da daxil sənədlərin sızdırılmasını araşdırır.

Liman, Baxmut, Avdiyivka və Maryinka ətrafında döyüşlərin getdiyi bildirilir. Ukrayna Baş Qərargahı aprelin 7-də səhər saatlarında yayımladığı gündəlik brifinqində toqquşmaları “şiddətli” adlandırıb.

AzadlıqRadiosu döyüş meydanındakı məlumatları müstəqil şəkildə yoxlaya bilmədiyini xəbər verir.

Kyiv Post tərəfindən Twitter-də yerləşdirilən fotolarda Maryinkada havadan çəkilən fotolarda dağıntıların miqyası görünür. Rusiyanın 2022-ci ilin fevralında hərbi müdaxiləyə başlamasından əvvəl şəhərdə təxminən 10.000 insanın yaşayırdı.

Digər tərəfdən Rusiya meediası Bryansk vilayətinin qərb hissəsində Rusiya ərazisində qəzaya uğrayan ukraynalı pilotun saxlanıldığı haqda məlumat verib.

Bryansk vilayət məhkəməsinin sözçüsü dövlətin nəzarətində olan TASS dövlət xəbər agentliyinə bildirib ki, naməlum pilot Rusiya sərhədini qanunsuz keçməkdə ittiham olunacaq.

Bu arada, ABŞ Müdafiə nazirliyinin sözçüsü Sabrina Sinq aprelin 6-da axşam saatlarında bildirib ki, Vaşinqton sosial şəbəkələrdə Ukraynaya silah tədarükünün detalları, həmçinin batalyonun hərbi qabiliyyəti və digər həssas məlumatları əks etdirən sızdırılmış sənədləri araşdırır.

“Biz sosial şəbəkələrdə ortaya çıxan məlumatlardan xəbərdarıq və departament məsələni diqqətdə saxlayır” - deyə, o bildirib.

Ən azı beş həftə əvvələ məxsus sənədlərdən azı biri “tam məxfi” olaraq işarələnib. Sənədlər Twitter və Telegram sosial şəbəkələrində Rusiyayönlü mənbələrdə yayılıb.

Hərbi analitiklər bildirir ki, bəzi sənədlərə müdaxilə olunaraq digər məsələlərlə yanaşı, Ukraynanın itkiləri ilə bağlı təxminlər artırılıb və Rusiya itkilərini azaldılıb.

Ukrayna prezidentinin köməkçisi Mihaylo Podolyak Reuters agentliyinə bildirib ki, Rusiya mənbələri tərəfindən həyata keçirilən sızma planlaşdırılan əks-hücum əməliyyatını pozmağa yönəlmiş dezinformasiya cəhdi kimi görünür.

Podolyakın sözlərinə görə, sənədlərin sızdırılmış versiyalarında “çox böyük miqdarda uydurma məlumatlar” var.

Sənədlərdə Ukraynanın HIMARS raket sistemləri və digər qabaqcıl silahlar üçün sursatlardan istifadə etməsi haqqında məlumatlar var.

XS
SM
MD
LG