Accessibility links

Mədənçilər Ukraynanın enerji təlabatının kompensasiyasına çalışır


Mədənçilər Ukraynanın enerji təlabatının kompensasiyasına çalışır
please wait

No media source currently available

0:00 0:02:25 0:00

Rusiyanın Ukraynada artıq ikinci ildir davam edən müharibəsi ilə rus döyüşçüləri qonşu ölkəyə daha çox nəzarəti ələ almağa çalışdıqları üçün şəhərləri işğal edirlər. Rusiyanın Zaporijye atom elektrik stansiyasını işğal etməsi Avropanı narahat edir, bir çox ukraynalını isə elektrik enerjisinin olub-olmayacağı maraqlandırır.

Ukraynanın iki tank heyəti Zaporijye vilayətinin cənub-şərqində hücum təlimləri keçirir. Onlar ağır döyüşlərin müşahidə olunduğu bir ərazidə Rusiya qüvvələrini dəf etmək üçün gözlənilən yaz əks-hücumundan əvvəl tank əleyhinə raketlər daşıyan qüvvədir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik həm Rusiya, həm də Ukrayna qüvvələrinə Avropanın ən böyük və bir ildən artıqdır ki, Rusiya qüvvələrinin nəzarətində olan Ukraynanın əsas enerji tədarükçüsü Zaporojjye atom elektrik stansiyasının yaxınlığında müharibə aparmamağa çağırır.

Müharibə və Zaporijyenin işğalı fonunda ölkə işıqları səthin üstündə saxlamaq üçün getdikcə daha çox yerin altında baş verənlərə diqqət yetirir. Dnepr bölgəsindəki kömür mədənçilərinə bir missiya verilmişdir: müharibədən əvvəlki qədər kömür çıxarmaq.

“Bu gün ölkənin enerji müstəqilliyi prioritetdən daha çox və vacibdir (Zaporijjya atom elektrik stansiyası nəzarətsiz əraziyə çəkildiyi üçün... Bu gün kömür hasilatı ilk növbədə Ukraynanın enerji müstəqilliyidir" - deyə, baş mühəndis Oleksand bildirib.

Müharibə hətta yerin dərinliklərindəki əməliyyatlara belə təsir edir. Elektrik kəsiləndə mədənçilər işləyə bilmir. Onlar deyir ki, liftləri idarə etmək üçün generatorlar sisteminin yaradılması yaradıcı mühəndislik tələb edir. Müharibə əməliyyatlara birbaşa təsir göstərir, belə ki, təxminən 650 işçi ön cəbhəyə gedib.

"Biz mədəndən kənarda baş verənləri düşünməməyə çalışırıq. Təbəssümlə işləyirik və bunu unuduruq. Biz gedəndə isə başqa bir həyat başlayır. Sağ qalma və başqa hər şey" , mədənci Serhiy deyib.

Zaporijye stansiyası sonuncu dəfə sentyabr ayında altı reaktoru bağlanana qədər elektrik enerjisi istehsal edirdi.

BAEA-nin rəhbəri Rafael Qrossinin sözlərinə görə, stansiyaya gedən elektrik xətləri onlarla dəfə kəsilib. Qrossi bu yaxınlarda zavoda baş çəkib və məqsədinin obyekti qorumaq olduğunu desə də, əlavə edib ki, hazırda Zaporijyedə kənardan hücumlardan tutmuş daxildən təxribata qədər hər şey mümkündür.

XS
SM
MD
LG