Accessibility links

Ekspertlər: Kəşfiyyat məlumatlarının sızmasının Ukraynada müharibəyə təsiri ehtimalı azdır


Ekspertlər: Kəşfiyyat məlumatlarının sızmasının Ukraynada müharibəyə təsirinin ehtimalı azdır
please wait

No media source currently available

0:00 0:03:28 0:00

Ekspertlər: Kəşfiyyat məlumatlarının sızmasının Ukraynada müharibəyə təsiri ehtimalı azdır

ABŞ müdafiə naziri Lloyd Austin deyib ki, Ukrayna ABŞ kəşfiyyatının müharibə ilə bağlı məxfi sənədlərinin sızdırılmasına baxmayaraq, Rusiya qüvvələrinə qarşı əks-hücum əməliyyatı planına arxayın olaraq qalır.

Ukraynada müharibə davam etdiyi vaxt ABŞ-ın yüksək səviyyəli rəsmiləri müharibə ilə bağlı məxfi hərbi sənədlərin sızdırılması nəticəsində dəyən zərərin qarşısını almağa çalışırlar. Bu sənədlərə Ukrayna ordusunun mövqeləri və ABŞ-ın müttəfiqlərinin Kiyevə dəstəyi ilə bağlı qiymətləndirmələri əks etdirən brifinq təqdimatları daxildir.

ABŞ müdafiə naziri Lloyd Austin: “Biz buna çox ciddi yanaşırıq və bunun mənbəyini və miqyasını müəyyən edənə qədər hər şeyi araşdırmağa və öyrənməyə davam edəcəyik.”

Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyaya qarşı gözlənilən əks-hücum planlarını dəyişməli olub-olmaması ilə bağlı suala Austin belə cavab verib.

ABŞ müdafiə naziri Lloyd Austin: “Onlar düşmənlə vuruşacaqlar və heç bir xüsusi plan tərəfindən yönləndirilməyəcəklər. Onların başlamaq üçün əla planı var, lakin bu planın bütün təfərrüatlarını həqiqətən yalnız prezident Zelenski və onun rəhbərliyi bilir”.

ABŞ dövlət katibi Antoni Blinkenə məlumatların sızmasının gələcəkdə ABŞ müttəfiqlərinin kəşfiyyat məlumatlarının paylaşılması üçün etibarına vura biləcəyi zərərlə bağlı sual verilib.

ABŞ dövlət katibi Antoni Blinken: “Ümumilikdə, biz geniş mənada müttəfiqlər və tərəfdaşlar və bu sənədlərlə bağlı onları kəşfiyyat məlumatlarını qorumağa dair öhdəliyimizə və əlbəttə ki, bizim təhlükəsizliyə dair tərəfdaşlığımıza sadiq qaldığımıza inandırmaq da daxil olmaqla, son günlər ərzində müttəfiqlər və tərəfdaşlarla yüksək səviyyədə əlaqə saxlamışıq.”

Sızdırılan ən həssas məlumatlardan biri ABŞ və onun müttəfiqi Cənubi Koreya ilə bağlıdır.

ABŞ ordusunun Avropadakı keçmiş komandanı Ben Hodces: “Sızmalardan biri onunla bağlı idi ki, ABŞ Cənubi Koreyanın nəhayət bizə sursat satmağa razı olub-olmadığı və bizim bunu birbaşa Ukraynaya verə biləcəyimiz, ya da bundan Ukraynaya verdiyimizi əvəz etmək üçün istifadə edilə biləcəyini öyrənməyə çalışaraq, Cənubi Koreya hökuməti daxilində danışıqları dinləyib. Mənim ehtimalıma görə, bu halda nə düşündüklərini anlamaq üçün biz Cənubi Koreya hökumətini dinləmişik”.

Başqa bir ekspert Amerikanın Səsinə bildirib ki, bu dəfə məlumatların sızdırılması əvvəllər olduğu kimi ciddi deyil, lakin onu narahat edən bir cəhət var.

Hadson İnstitutunun təhlilçisi Lük Koffi: “Mən deyərdim ki, bir risk bu kəşfiyyat məlumatlarından informasiya əməliyyatları və ya hətta dezinformasiya üçün istifadəsi ilə bağlıdır. Biz artıq saylar və rəqəmlərin olduğu PowerPoint təqdimatlarının sızdırıldığını və sonra oxşar slayd, rəqəmlərin müəyyən bir narrativə uyğun olaraq düzəldiyi və ya dəyişdirildiyi PowerPoint təqdimatını gördük. Buna görə də, ilkin sızmanın deyil, dövriyyədə olan bütün sənədlərin həqiqiliyi ilə bağlı böyük bir sual olacaq.”

Ukrayna Müdafiə Nazirliyi Rusiyanı məlumatların sızmasının arxasında olmaqda ittiham edib. Kəşfiyyat ekspertləri deyirlər ki, itkilərin sayı ilə bağlı sızan sənəd Rusiyayönlü Telegram kanallarında yayılmadan əvvəl öldürülən Rusiya əsgərlərinin sayının yarıdan çox azaldılması üçün dəyişdirilib. Kremlin sözçüsü bildirib ki, Moskva ABŞ və NATO-nun Rusiya və Ukrayna arasında “münaqişədə” iştirak etdiyini sızdırılmanın üzə çıxmasından əvvəl çox yaxşı bilirdi.

XS
SM
MD
LG