Accessibility links

Aİ Rusiyanın Vaqner qrupuna sanksiya tətbiq edib


Avropa İttifaqı cümə axşamı Rusiyanın Vaqner Qrupunu “Rusiyanın Ukraynaya qarşı işğal müharibəsində fəal iştirakına görə” sanksiyalar siyahısına əlavə edib. Qrup həmçinin “Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən hərəkətlərə görə” də sanksiyaya məruz qalıb.

Bu, Aİ-nin Vaqner Qrupuna artıq ikinci dəfə sanksiya tətbiqidir. Aİ muzdlu qrupa ilk dəfə fevral ayında Afrikada insan haqlarını pozduğuna görə sanksiya tətbiq edib.

Avropa Şurasının bəyanatında deyilir ki, Aİ-nin Vaqneri iki dəfə siyahıya salmasına səbəb “qrupun fəaliyyətinin beynəlxalq miqyası və ağırlığı, həmçinin onun fəal olduğu ölkələrə sabitliyi pozan təsirini vurğulayır”.

Bu arada, aprelin 13-də Almaniyanın Müdafiə Nazirliyi Varşavanın Polşadan Ukraynaya Sovet istehsalı 5 döyüş təyyarəsinin təhvil verilməsi ilə bağlı müraciətini təsdiqlədiyini açıqlayıb.

Polşaya Almaniya əvvəllər MiQ-29 təyyarələrinə sahibii olduğu üçün Berlinin icazəsi lazım idi.

"Federal hökumətdə bu qərarı birlikdə əldə etməyimizi alqışlayıram. Bu, Almaniyaya güvənə biləcəyinizi göstərir!" Almaniyanın müdafiə naziri Boris Pistorus bəyanatında bildirib.

Polşa bundan əvvəl Ukraynaya dörd MiQ-29 təyyarəsi göndərmişdi.

XS
SM
MD
LG