Accessibility links

Böyük Britaniya baş nazirinin müavini istefa verib


Britaniya Baş nazirinin müavini Dominik Raab həmkarlarını təhqir etdiyinə dair araşdırma başladıqdan sonra vəzifəsindən istefa verib. Onun barəsində bir neçə rəsmi şikayət edilib.

Cümə günü Twitter-də yayımladığı istefa məktubunda Raab deyib ki, “Mən istintaqa çağırış etdim və hər hansı bir zorakılıq (bullinq) aşkar edilərsə, istefa verməyi öhdəmə götürdüm. Sözümü tutmağın vacib olduğuna inanıram”.

O məktubunda həmçinin bildirib ki, "istintaqın nəticəsini qəbul etməkdə özümü borclu hiss edirəm, istintaq mənə yönəlmiş iddiaların ikisindən başqa hamısını rədd edib. Mən də hesab edirəm ki, bu iki mənfi tapıntı da qüsurludur və yaxşı hökumətin qurulması üçün təhlükəli presedent yaradır".

"Mən həmçinin inanıram ki, bu, nazirlərə qarşı saxta şikayətləri təşviq edəcək və aparıcı dəyişikliklərə qorxuducu təsir göstərəcək" deyə Dominik Raab yazdığı məktubunda bildirib.

"Zorakılıq üçün həddi bu qədər aşağı təyin etməklə bu araşdırma təhlükəli presedent yaratdı" deyən Raab həmçinin bildirb ki, "bu, nazirlərə qarşı saxta şikayətləri təşviq edəcək və nəticədə hökumətin adına dəyişikliklər edənlərə və xüsusi ilə də Britaniya xalqına mənfi təsir göstərəcək".

Baş nazir Rişi Sunak məktubda Raabın istefasını "böyük kədərlə" qəbul etdiyini və onun baş nazirlik uğrunda mübarizəsi zamanı göstərdiyi dəstəyə görə təşəkkür edib.

O, həmçinin bildirib ki, istefa Raabın bir dövlət məmuru kimi nailiyyətlərini "bizə unutdurmamalıdır".

XS
SM
MD
LG