Accessibility links

Umud Şükri: Türkiyənin enerji sahəsində alternativləri artdıqca İranın önəmi azalacaq


Umud Şükri
Umud Şükri

Enerji geosiyasəti və beynəlxalq əlaqələr üzrə ekspert Umud Şükri Amerikanın Səsinə müsahibədə İranın ali lideri Seyyid Əli Xameneyinin İslam Respublikasının daxili və xarici siyasəti ilə əlaqədar açıqlamaları, Çinin Yaxın Şərqdə artan nüfuzu və Türkiyə və İran arasında təbii qaza dair razılaşma və Ankaranın enerjiyə tələbatını ödəmək üçün Qara dənizdə təbii qaz və yenilənən enerji mənbələrindən istifadəsi haqda danışıb.

Umud Şükri: Türkiyənin enerji sahəsində alternativləri artdıqca İranın önəmi azalacaq
please wait

No media source currently available

0:00 0:13:28 0:00
Direct link

Umud Şükri Xameneyinin son vaxtlar ölkədə səsləndirilən referendum tələbini rədd etməsi və digər açıqlamalarına diqqət çəkərək bildirib ki, İranda əsaslı iqtisadi və siyasi dəyişikliklə bağlı gözləntilər real bir gözlənti deyil.

"İranın xarici siyasəti özəlliklə də regional siyasət birbaşa Xameneyi tərəfindən dizayn olunur. Xameneyinin bu son günlərdəki söhbətlərinə də baxsaq, İranın xarici siyasətində bir dəyişiklik hələ də qısa zamanda gözləmək çətindir. İranın xarici siyasəti dəyişmədən də İranın iqtisadiyyatında yaxşılaşma və inkişaf və ya işsizliyin azalmasını gözləmək real deyil," Şükri söyləyib.

Ekspert Çinin Yaxın Şərqdəki nüfuzunun artmasına diqqət çəkərək, ölkənin regionda geosiyasi hədələrini qeyd edib.

"Amerikanın Əfqanıstandan çəkilməsi ilə bərabər və Rusiyanın Ukrayna savaşından sonra Yaxın Şərqdə bir super güc boşluğu yarandı. Bu boşluğu Çin doldurmağa çalışır. Çin bu siyasətlə bir neçə çıxar güdür. İpək Yolu layihəsini reallaşdırmaq üçün çeşitli ölkələrdəki yatırımlarının təhlükəsizliyini həm də enerji təhlükəsizliyini təmin etmək istəyir. Geosiyasi çıxarlarını qorumağa çalışır. Çinin yaxın şərqdə o boşluğu doldurmaq üçün həm yetərli sərmayəsi var həm də teknologiyası. Çinin texnologiyası üçün xüsusilə enerji çevrilməsi və silah sahəsində özəlliklə də ərəb ölkələrində yaxşı bazar var," o bildirib.

Umud Şükri Türkiyənin Qara dənizdəki təbii qaz sahələri və enerji təminatı üçün digər alternativlərinə diqqət çəkərək, yaxın zamanda İran qazının Türkiyə üçün "əhəmiyyətsiz hala gələ biləcəyini" deyib.

"İranın Türkiyə ilə 1996-da bağladığı təbii qaz anlaşması 2026-da başa çatacaq. Bu günə qədər bunu uzatmaq üçün görüşmələrdən nəticə çıxmadı. Türkiyə İrandan daha ucuz qaz istəyir... Türkiyə Qara dənizdəki təbii qazdan faydalana bilər. Türkiyənin həm də yenilənə bilən enerjiyə çox yatırımı olub. İlk elektrik avtomobilini də satışa təqdim etdi. Əlavə olaraq, 10 il içərisində hidrogen enerjisinin payı Türkiyənin elektrik istehsalında çoxalacaq. Bir də ki, bu ay, Akkuyu nüvə stansiyasının ilk hissəsi yola düşəcək... bunların hamısını bir səbət içinə qoysaq, İranın olub-olmaması Türkiyəyə çox təsir etməyəcək. İran ki, qazı bəzən silah olaraq istifadə edirdi, o da əlindən çıxıcaq və İranın önəmi Türkiyənin xarici siyasətində azalacaq"- deyə, Umud Şükri əlavə edib.

XS
SM
MD
LG