Accessibility links

Yaşıl sviter: Holokost dəhşətlərinin toxunmuş xatirəsi


Yaşıl sviter: Holokost dəhşətlərinin toxunmuş xatirəsi
please wait

No media source currently available

0:00 0:02:33 0:00

Yaşıl sviter: Holokost dəhşətlərinin toxunmuş xatirəsi

1940-cı illərdə nasistlərin Polşanın Lviv şəhərini işğal etdiyi zaman 13 yaşlı Kristina Çayqer adlı yəhudi qız ələ keçməsin deyə bir ildən çox şəhərin kanalizasiyalarında gizlənib. Bu müddət ərzində o, yaşıl sviter geyib və daha sonra yaşadığı təcrübə haqqında “Yaşıl sviterli qız” adlı kitab yazıb. Bu kitab Merilend ştatından olan qadını bir illik səyahətə yollayıb.

Merilend sakini və anestezioloq Lea Stern özünü xatırlaya bildiyi qədər toxuculuqla məşğul olub. Sonra o, Holokost Muzeyində nasistlərdən qaçan uşaqlara həsr olunmuş sərgidə nümayiş etdirilən kiçik yaşıl trikotaj sviteri görür.

"Uzun illərin toxucu kimi bunun əvvəllər görmədiyim bir nümunə olduğunu gördüm! Bir az qeyri-adi idi. Bu, açıq-aydın uşaq sviteri idi".

Sviter 1930-cu illərin sonlarında balaca Kristina üçün nənəsi tərəfindən toxunmuşdu. 1941-ci ildə nasistlər bir zamanlar Sovet Ukraynası, indi isə Ukraynada yerləşən Lvivi işğal edəndə gənc qız bir ildən çox ailəsi ilə birlikdə şəhər kanalizasiyasında gizlənirdi. Daha sonra Çayqer bu təcrübə haqqında "Yaşıl sviterli qız" adlı kitab yazacaqdı. Stern onu oxuyanda həmin sviteri yenidən toxumağa qərar verir. Beləliklə, o, Vaşinqtondakı Holokost Muzeyinin kuratoruna müraciət edir.

"O, ilk dəfə muzeyə yaxınlaşanda, bunun qeyri-adi olduğunu düşündüm, amma biz sviteri çəkdik ki, o, sviterə baxa bilsin, fotoşəkil çəkə bilsin... Və həqiqətən də, bu onun naxış yaratması lazım idi" , Holokost Muzeyinin kuratoru Susan Snayder bildirib.

Stern kitabxanalarda və arxivlərdə saatlarla vaxt keçirib. Bir naxış yaratmaq üçün ona altı aydan çox vaxt lazım olub, sonra sviterin bir neçə nüsxəsi yaranıb. Sternin aksiyası dünyanın müxtəlif ölkələrində bir növ hərəkata təkan verir, müxtəlif ölkələrdə insanlar eyni yaşıl sviteri toxuyur və sonra onu satmağa başlayır. Əldə edilən gəlirlər Holokost Muzeyinin fonduna bağışlanır.

"Nə vaxtsa bu sual ortaya çıxacaq. Ana və ya nənə, bu sviteri mənim üçün kiçik olanda toxumusan; bu xüsusi sviteri niyə toxumusan? Bunun mənası nədir?" , Lea Stern sual edib.

"Bilirsiniz, biz Holokost zamanı gizlədilən uşaqlar haqqında düşünəndə, göz önünə onların dəhşətli vəziyyəti gəlir. Onların bir çoxunun travmatik xatirələri, bəzilərinin isə heç bir xatirəsi olmayıb".

Kristina onilliklər əvvəl ABŞ-a mühacirət edib. O, Nyu-Yorkun Lonq Ayland şəhərində yaşayır. İndi onun 90 yaşı var və səhhəti ilə əlaqədar nadir hallarda jurnalistlərə danışır. Amma o, hələ də şüşə arxasına təhlükəsiz şəkildə yerləşdirdiyi yeni yaşıl sviterini saxlayır.

XS
SM
MD
LG