Accessibility links

Vedant Patel: Biz iki ölkə arasında sülhün mümkün olduğuna inanırıq


"ABŞ Cənubi Qafqazda sülh prosesinə sadiqdir. Biz hesab edirik ki, birbaşa dialoq məsələlərin həllinin açarıdır".

Bu barədə mayın 3-də Dövlət Departamentinin keçirilən ənənəvi brifinqdə mətbuat katibinin müavini Vedant Patel bildirib

Vedant Patel ABŞ Dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında keçirilən görüşlər barədə suala cavab olaraq əlavə məlumatı olmadığını bildirib.

"Biz bir daha Cənubi Qafqaz regionunda sülhsevər gələcəyin təşviqinə sadiq qalırıq".

O, Antoni Blinkenin Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün açılışına qatılanda, eləcə də ötən gecə şam yeməyində salamlamaq imkanı olduğunu deyib.

"ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu prosesdə fəal iştirak etməkdə davam edir. Ancaq proses davam etdiyi üçün hadisələri qabaqlamaq istəmirəm" Patel deyib.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Vedant Patel brifinqdə jurnalistin iki ölkənin nazirləri arasındakı görüşün üçüncü günü ilə bağlı sualına cavab olaraq deyib ki, ABŞ Diplomatik Xidmət İnstitutunda Azərbaycan və Ermənistanın xarici işlər nazirlərini sülh sazişi üzrə çox mühüm müzakirələrdə iştirak üçün qəbul etmək etməkdən çox məmnundur.

"Biz bu iki ölkə arasında sülhün mümkün olduğuna inanırıq. Biz hesab edirik ki, bunun hərbi həlli yoxdur. Biz hesab edirik ki, diplomatiya vasitəsilə birbaşa dialoq irəliyə doğru ayrılmaz bir yoldur. Və buna görə də biz iki xarici işlər nazirini bu çox vacib müzakirələrdə iştirak etmək və aparmaq üçün Xarici Xidmət İnstitutunda qəbul etməkdən çox məmnunuq. Dediyim kimi katib və departamentdəki digər şəxslər bununla dərindən məşğul olublar və biz prosesi yaxından izləməyi səbirsizliklə gözləyəcəyik"ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini qeyd edib.

Mayın 1-də Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinken Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovla ayrılıqda görüşüb. Bundan sonra Dövlət katibinin iştirakı ilə üçtərəfli formatda görüş olub. Daha sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb.

Rəsmi məlumatlara görə, bu, Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi üçün ikitərəfli danışıqların növbəti raundudur. Görüşlərdə regionda sabitlik və təhlükəsizlik məsələləri müzakirə olunur.

Bazar ertəsi Dövlət Departamentinin yüksək rütbəli rəsmisi Turan agenliyinə bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında səhər Vaşinqton yaxınlığında başlayan müzakirələr "çox konstruktiv olub".

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG