Accessibility links

Şərqi Azərbaycan vilayətində siyasi fəal prukorurluğa çağırılıb


Məhəmməd İlati
Məhəmməd İlati

İranın Şərqi Azərbaycan vilayətinin Əcəbşer şəhərində siyasi fəal Məhəmməd İlati ittihamlara qarşı özünü müdafiə etmək üçün prokurorluğa çağırılıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin xəbərinə görə, onlayn çağırış may ayının 2-də türk fəala göndərilib.

İlatidən özünü "İslam Respublikası nizamının əleyhinə təbliğat" ittihamına qarşı müdafiə etmək üçün 5 gün ərzində Əcəbşer şəhərinin Ümumi və İnqilab Prokurorluğuna müraciət etməsi tələb edilib.

Çağırış mətnində yazılıb ki, "bu vasitə ilə sizə elan edilir ki, müəyyən edilmiş möhlətdə şöbəyə müraciət etməlisiniz. Müraciət edilmədiyi təqdirdə qanunlara uyğun ölçü götürülüb və saxlanma qərarı çıxarılacaq."

Məhəmməd İlati təqribən 3 həftə əvvəl İranın kəşfiyyat qüvvələri tərəfindən saxlanılıb və bir müddət sorğu-sualdan sonra müvəqqəti olaraq sərbəst buraxılıb.

XS
SM
MD
LG