Accessibility links

Ərəb Liqası Əsədlə münasibətlərin normallaşması fonunda Suriyanı yenidən təşkilata qəbul edib


Ərəb Liqasının Misir paytaxtı Qahirədəki qərargahında ərəb ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilir, 7 may 2023.
Ərəb Liqasının Misir paytaxtı Qahirədəki qərargahında ərəb ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilir, 7 may 2023.

Ərəb Liqasının sözçüsünün bildirdiyinə görə, Liqaya daxil olan ölkələrin xarici işlər nazirləri Suriyanın on ildən çoxdur təşkilatda iştirakının dayandırılmasından sonra bazar günü ölkənin quruma yenidən qəbulu barədə qərar qəbul edərək, prezident Bəşar Əsədlə əlaqələri normallaşdırmaq üçün regional səyləri gücləndiriblər.

Liqanın baş katibinin sözçüsü Camal Roşdi bildirib ki, bu barədə qərar Ərəb Dövlətləri Liqasının Qahirədə yerləşən mənzil-qərargahında ərəb ölkələrinin xarici işlər nazirlərinin qapalı iclasında qəbul edilib.

Suriyanın Ərəb Liqasına üzvlüyü 2011-ci ildə Əsədə qarşı dağıdıcı vətəndaş müharibəsinə gətirib çıxarmış küçə etirazlarının qəddarlıqla yatırılmasından sonra dayandırılıb və bir çox ərəb dövlətləri öz səfirlərini Dəməşqdən geri çağırıblar.

Bu yaxınlarda Səudiyyə Ərəbistanı və Misir də daxil olmaqla bir sıra ərəb dövlətləri yüksək səviyyəli səfərlər və görüşlər keçirərək, Suriya ilə əlaqələri bərpa ediblər. Lakin buna baxmayaraq Qətər də daxil olmaqla bəzi ərəb ölkələri Suriya münaqişəsinin siyasi həlli olmadan tam normallaşmaya qarşıdır.

Ərəb ölkələri Əsədin mayın 19-da Ər-Riyadda keçiriləcək Ərəb Dövlətləri Liqasının sammitinə dəvət edilib-edilməməsi və Suriyanın hansı şərtlərlə geri qaytarıla biləcəyi ilə bağlı konsensusa nail olmağa çalışır.

XS
SM
MD
LG