Accessibility links

İran Azərbaycanında təcili tibbi yardım işçiləri piket keçirib


Təbrizdə təcili tibbi yardım işçilərinin etiraz aksiyası
Təbrizdə təcili tibbi yardım işçilərinin etiraz aksiyası

Təbriz və Qəzvin şəhərlərində təcili tibbi yardım işçiləri, Ərak və İranın bir neçə digər şəhərində Sosial Təminat İdarəsinin təqaüdçüləri tərəfindən etiraz aksiyaları keçirilib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata əsasən, mayın 7-də Təbriz və Qəzvin şəhərində tibbi yardım işçiləri Tibb Elmləri Universiteti və valilik qarşısında mitinq keçirib. Bu şəhərlərlə eyni gündə Kirmanşah, Şuş və Həfttəpə şəhərlərində Sosial Təminat İdarəsinin təqaüdçüləri də nümayiş keçirib.

Qəzvinin təcili tibbi yardım işçiləri valiliyin qarşısında etiraz mitinqi keçirib
Qəzvinin təcili tibbi yardım işçiləri valiliyin qarşısında etiraz mitinqi keçirib

Bu mitinqlərdə iştirak edən işçilər onlara ödənilməyən borcların ödənilməsini tələb etməklə birlikdə tibb bacısı xidmətlərinin maaşları planının icrasında olan qeyri-bərabərliyə də etiraz ediblər.

Yayılan məlumata görə, Şuş və Həfttəpədən olan bir qrup Sosial Təminat İdarəsinin təqaüdçüləri Şuş şəhərinin qubernatorluğu binasının qarşısında, Ərakda Sosial Təminat təqaüdçüləri isə şəhərin həmin İdarəsi binasının qarşısında və Kirmanşah şəhərində isə bir sıra sosial təminat təqaüdçüləri keçirdikləri etirazda tələblərinin yerinə yetirilməsini istəyib. Onların əsas tələbləri pulsuz müalicə və inflyasiyaya uyğun maaş artımı olub.

XS
SM
MD
LG