Accessibility links

Həbsxanada 96 gündür aclıq edən müxalifət fəalı müalicə müəssisəsinə köçürülüb


Zamin Salayev (Arxiv foro. Mənbə: VOA)
Zamin Salayev (Arxiv foro. Mənbə: VOA)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan Rayon şöbəsinin sədri Zamin Salayev mayın 11-də səhhətində kəskin problemlər yarandığından 1 saylı Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb. Salayev artıq 96 gündür aclıq edir.

“Çox güman ki, Salayev komaya düşüb. Belə ki, o aprelin 27-də, mayın 9-da huşunu itirərək bayılmışdı. Mayın 11-də axşam saatlarında səhhəti kəskin pisləşib və təcridxanaya çoxsaylı həkimlər gəlib. Sonra isə Zamin Salayev Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Mayın 12-də təcridxanada mənə onun müalicə müəssisəsinə köçürüldüyünü bildirdilər”, vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə bildirib.

Vəkil mayın 13-də Müalicə müəssisəsində Salayevlə görüşə buraxılmayıb.

“Müalicə müəssisəsində bildirdilər ki, şənbə və bazar günləri dustaqlarla görüş verilmir. Salayevin səhhəti ilə bağlı da mənə məlumat vermədilər. Çox böyük ehtimalla o komaya düşüb”, Mehdiyev qeyd edib.

Mayın 11-də Bakının Qaradağ rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyi ilə Zamin Salayevin cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Zamin Salayev fevralın 7-də saxlanılıb. Fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barədə həbs qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunsa, Salayevi 5 ilədək həbs cəzası gözləyir.

Salayev həbsinin sifariş olduğunu hesab edir və məhkəmə qərarına etiraz olaraq 96 gündür aclıq edir.

ABŞ-ın Azərbaycandakı səfirlyi bildirib ki, Əlzamin (Zamin) Salayevin aclıq elan etdiyi barədə məlumatlıdırlar.

“Onun işini yaxından izləməkdə davam edirik. Amerika Birləşmiş Ştatları insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiqdir. Biz hakimiyyəti Azərbaycanın öz Konstitusiyasına və beynəlxalq sazişlərdən irəli gələn öhdəliklərinə uyğun olaraq vətəndaşların hüquqlarının müdafiəsi üçün addımlar atmağa çağırırıq. Birləşmiş Ştatlar Azərbaycan hakimiyyətini insan hüquqlarını və əsas azadlıqlarını həyata keçirdiklərinə görə haqsız və ya özbaşına həbs edilmiş bütün şəxsləri azad etməyə çağırmaqda davam edir", səfirliyin sözçüsü qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG