Accessibility links

ABŞ İran və Rusiyanın hərbi əlaqələrini genişləndirdiyini deyir


Birləşmiş Ştatlar bildirib ki, Rusiya və İranın hərbi əməkdaşlığını genişləndirdiyinə dair işarələr var.

Dövlət Departamentinin sözçüsü Vedant Patel jurnalistlərə deyib ki, İran "Rusiyanın əsas hərbi dəstəkçisi olaraq qalır və İran artıq Ukraynada istifadə üçün Rusiyaya artilleriya və tank mərmiləri verib".

Patel əlavə edib ki, avqust ayından bəri İran Rusiyaya 400-dən çox PUA təqdim edib və Rusiya bu PUA-ların əksəriyyətindən Ukrayna daxilində Ukraynanın kritik infrastrukturunu hədəf almaq üçün istifadə edərək xərcləyib.

"Bu əməkdaşlığın dərinləşməsi təkcə Ukrayna üçün təhdid və təhlükə deyil. Bu, Rusiyanın qonşuları, İranın qonşuları və bütövlükdə beynəlxalq ictimaiyyət üçün təhdid və təhlükədir", Patel jurnalistlərə bildirib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bazar ertəsi keçirdiyi brifinqdə jurnalistlərə deyib ki, Rusiya-İran əlaqələri Rusiyaya Ukraynada daha çox insanı öldürməyə, eyni zamanda İrana hərbi texnika ehtiyatı saxlamağa və qonşuları üçün daha böyük təhlükə yaratmağa imkan verir.

XS
SM
MD
LG