Accessibility links

Volodimir Zelenski Ərəb Liqasının sammitinə ev sahibliyi edən Səudiyyə Ərəbistanına səfər edib


Ukrayna prezidenti Volodimir Zelenski cümə günü Rusiyanın yaxın müttəfiqi olan Suriya prezidenti Bəşər Əsədin iştirak etdiyi Ərəb Liqasının sammitinə ev sahibliyi edən Səudiyyə Ərəbistanına səfər edib.

Elan olunmamış səfər Zelenskinin 2022-ci ilin fevralında Moskvanın işğalından sonra Yaxın Şərqə ilk səfəridir və bu, Ukrayna liderinə Qərb müttəfiqlərindən fərqli olaraq Kyivi daha az dəstəkləyən region liderlərinə müraciət etmək imkanı verir.

"Səudiyyə Ərəbistanına gəldim. Ərəb Liqasının sammitində çıxış edəcəyəm" deyən Zelenski Tvitter səhifəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və digər liderlərlə görüşməyi planlaşdırdığını bildirib.

O, Qırmızı dəniz sahilindəki Ciddə şəhərinə 2011-ci ildə vətəndaş müharibəsinə səbəb olan demokratiya tərəfdarı nümayişçilərə qarşı amansız repressiyaya görə fəaliyyəti dayandırıldıqdan sonra hökuməti Ərəb Liqasına yenidən qəbul edilən Əsəddən bir gün sonra gəlib.

Səudiyyə Ərəbistanında keçirilən sammit dünyanın ən böyük neft ixracatçısının Yaxın Şərqdə və onun hüdudlarından kənarda diplomatik əlaqələrini genişləndirdiyi bir vaxta təsadüf edir.

Ərəb Liqasının rəsmisi AFP Zelenskinin dəvətinin blokdan deyil, Səudiyyə Ərəbistanından gəldiyini deyibi. Səudiyyə rəsmiləri şərh xahişinə hələ cavab verməyib.

Suriyanın rəsmi SANA xəbər agentliyinin bildirdiyinə görə, cümə günü səhər Əsəd Tunis prezidenti Kais Sayed ilə görüşüb.

Suriyanın xarici işlər naziri Faysal Mekdad bu həftənin əvvəlində Ciddəyə çatdıqdan sonra "Bu sammit çox vacibdir" deyərək əlavə edib ki, Suriya nümayəndə heyəti "bu sammiti müvəffəqiyyətlə keçirmək üçün buradadır".

Doha Suriyadakı "müharibə cinayətlərinə" görə cavabdehlik tələb edib, lakin əmir Şeyx Təmim bin Həməd Əl-Tani Qətərin sammitlə bağlı gözləntilərini şərh etməyib.

Qətər və bəzi digər ölkələri liderləri təmsil edcəyi halda, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti sammitdə iştirak etməyəcək. BƏƏ-nin Şeyxi Məhəmməd bin Zayed Əl-Nəhyan onun yerinə qardaşı və vitse-prezident Şeyx Mənsur bin Zayidi Ciddəyə göndərib.

Blokun baş katibinin siyasi məsələlər üzrə köməkçisi Xalid Manzlavi çərşənbə günü “Şərq Əl-Avsat” qəzetində deyib ki, Ərəb Liqasının sammitində Yaxın Şərqin üzləşdiyi problemlərlə yanaşı, Ukraynadakı müharibə və “qlobal iqtisadi böhran” kimi məsələlər də müzakirə ediləcək.

XS
SM
MD
LG