Accessibility links

Sina Mirzayi: İran Azərbaycanında 2006 May Qiyamı üçüncü bir yol başlatdı


Sina Mirzayi
Sina Mirzayi

Politiloq və siyasi fəal Sina Mirzayi Amerikanın Səsinə müsahibədə 2006-cı ilin may ayında İran Azərbaycanda baş verən böyük etirazların İrandakı islahatçı-mühafizəkar və ya sekular-islamist ikiliklərindən qopan üçüncü siyasi yolun başlanğıc nöqtəsi olduğunu ifadə edib.

Politoloq 2006 may qiyamının təsirlərinin hələ də davam etdiyini vurğulayıb.

Sina Mirzayi: İran Azərbaycanında 2006 May Qiyamı üçüncü bir yol başlatdı
please wait

No media source currently available

0:00 0:13:28 0:00
Direct link

"2006 may qiyamı ola bilər ki, bir tarix və ya bir təqvim olaraq yeni nəslə, gənc nəslə, yəni bu etirazları görməyən və yaşamayan nəslə keçməyib. Amma o qiyamın təsirləri hələ də bu yeni nəslin də içində olduğu milli hərəkat adlandırdığımız o hərəkatın dinamikalarında önəmli bir amildir" , o qeyd edib.

Mirzayi may qiyamını İran Azərbaycanındakı mill hərəkatın yayılma və konsolidasiya nöqtəsi olaraq dəyərləndirir:

"Bu qiyam təbii ki, hərəkatın başlanğıcı deyil. Çoxları istəyir qiyamın önəmini azaltmaq üçün belə göstərsin ki, milli hərəkat 2006-da bir karikaturaya etiraz olaraq başlamışdır. Bu qiyam başlanğıc deyil, amma bir yayılma və konsolidasiya nöqtəsidir. Mərkəziyyətçi zehniyyət istəyir desin ki, bu qədər problemin olduğu yerdə bir karikaturaya bu genişlikdə etiraz niyə? Yəni reduksionist bir anlayışla yanaşır. Halbuki, may etirazları Azərbaycanda mövcud olan iqtisadi, ictimai, milli və çeişt-çeşit nazarazılıqların birləşməsi və yayılması idi."

2006 may ayının 12-də İran dövlətinin rəsmi mətbuat orqanı olan "İran" jurnalında dərc edilən karikaturalar qiyamın başlamasına səbəb olmuşdu. Karikaturada bir uşağın hamam böcəyinə farsca verdiyi suallara hamam böcəyi türkcə cavab verir. Yazılı mətndə isə hamam böcəklərini məhv etməyin yolları müzakirə edilir. Günlərlə davam edən kütləvi üsyanlar xüsusilə də Sulduz, Təbriz, Urmiyə və Xiyav kimi şəhərlərdə polis və hərbi qüvvələrin güc tətbiq etməsi ilə qanlı şəkildə yatırıldı.

Sina Mirzayi deyir ki, may qiyamı "siyasi ikiləmlər (dixotomiyalar) arasında sıxışdırılan millətlər üçün üçüncü bir yol" açdı:

"O qəzetdə karikaturalarla birlikdə dərc edilən mətndə bizim dilimizi yəni bizim varlığımızı özgə görürlər. Yəni ki, biz iranlı tərifinə sığışmırıq. Bizi özgələşdirən bir yanaşma görürük. O etirazlar da ona görə önəmlidir ki, İrandakı o islahatçı-mühafizəkar ikiliyi, sekular-islamist ikiliyi və ya cümhuriyyətçi-şahçı ikiliklərinin arasından qopub üçüncü bir yol yaradan bir hərəkatdır. Mən bu hərəkatı post-müstəmləkə və dekolonizasiya hərəkatı, yəni daxili müstəmləkəçiliyə qarşı bir müqavimət hərəkatı kimi görürəm. Çünki, bu hərəkat millətləri siyasi ikiləmlər (dixotomiyalar) arasında sıxışdırmaq istəyən o dar siyasətə qarşı üçüncü bir yol tərifləyir."

XS
SM
MD
LG