Accessibility links

Bayden Yeddilik qrupunun müttəfiqləri ilə üç günlük sammiti yekunlaşdırıb

Bayden Yeddilik qrupunun müttəfiqləri ilə üç günlük sammiti yekunlaşdırıb
please wait

No media source currently available

0:00 0:02:25 0:00

Yaponiyada aparıcı Yeddilik Qrupunun müttəfiqləri ilə üç günlük sammiti yekunlaşdıran ABŞ prezidenti Co Bayden Pekini əmin etməyə çalışıb ki, hətta G7 Çinin artan hərbi gücünə qarşı təzyiqləri artırsa belə, Qərblə münaqişənin və iqtisadi təhlükəsizlik təhdidlərinin qarşısını almaq olar.

Yaponiyanın Hiroşima şəhərində keçirilən G7 liderlərinin üç günlük sammitini Çinin artan hərbi və iqtisadi təhlükəsizlik təhdidlərini qınamaqla yekunlaşdıran ABŞ prezidenti Co Bayden Pekini qrupun münaqişəyə can atmadığına inandırmağa çalışıb. Eyni zamanda o, Çinə Tayvanı işğal etməmək barədə xəbərdarlıq edib.

“Müttəfiqlərimizin əksəriyyəti arasında aydın bir anlayış var ki, əslində Çin birtərəfli hərəkət etsə, cavab veriləcək. Cavab olacaq”.

Sammitdə sürpriz çıxış edən Ukrayna prezidenti Volodimir Zelenski G7-nin sammitinə ev sahibliyi edən Yaponiyanın baş naziri Fumio Kişida tərəfindən dəvət olunub.

“Prezident Zelenskini Yaponiyaya dəvət etməklə biz G7-nin Ukrayna ilə sarsılmaz həmrəyliyini nümayiş etdirdik və G7 qanunun aliliyinə əsaslanan azad və açıq beynəlxalq nizamın vacibliyini bir daha təsdiqlədik” - deyə, Fumio Kişida bildirib.

Zelenski G7 və Rusiyanın işğalını pisləməkdən imtina edən Hindistanın baş naziri Narendra Modi də daxil olmaqla, dəvət olunmuş digər liderlərlə görüşüb. O, G7-yə ABŞ istehsalı olan F-16 qırıcılarının Ukraynaya verilməsinə razılıq verdiyinə və onları idarə etmək üçün ukraynalı pilotlara təlim keçmək qərarına görə təşəkkür edib.

“Mən çox məmnunam, çox sağ olun. Tərəfdaşlarımıza təşəkkür edirik. Bu, həqiqətən də cəmiyyətimizə, xalqımıza evləri, ailələri xilas etməyə yardım edəcək”.

Amerikanın Asiyadakı iki ən yaxın müttəfiqi arasında münasibətlərin istiləşməsinin əlaməti olaraq, sammit çərçivəsində Bayden Kişida və Cənubi Koreya lideri Yun Suk Yeol ilə görüşüb. Onlar Şimali Koreyanın nüvə təhlükəsini və Çinin artan iddialılığını, üç ölkəni daha da yaxınlaşdıran iki regional təhlükəni müzakirə edib.

“Ümid edirəm ki, Cənubi Koreya və Yaponiya iqtisadi təhlükəsizlik kimi gündəmdə olan məsələlərdə daha sıx əməkdaşlıq edəcək” , Cənubi Koreya prezidenti Yun Suk Yeol deyib.

Bayden ölkənin defolt vəziyyətinə düşməməsi üçün ABŞ-ın borc tavanının artırılması ilə bağlı danışıqlar üçün bazar günü Vaşinqtona qayıdıb.

XS
SM
MD
LG