Accessibility links

Qaşqay türk fəal Əbulfəz Kərəmi Kəşküli Şirazda həbs edilib


Əbulfəz Kərəmi Kəşküli
Əbulfəz Kərəmi Kəşküli

Qaşqay türk fəal Əbulfəz Kərəmi Kəşkülinin Şiraz şəhərində İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındığı bildirilir.

Qaşqay türkləri haqqında məlumat yayan Baydaq saytı və Araz News-un yaydığı məlumata görə, Kərəmi bir neçə gün əvvəl Şirazdakı evində həbs edilib.

"İranın kəşfiyyat nazirliyinin məmurları 35 yaşındakı qaşqay türk aktivist Əbulfəz Kərəmi Kəşkülini Şirazdakı evində həbs edib, həmçinin kitab, mobil telefon və kompüter kimi şəxsi əşyasını müsadirə ediblər," Araz News bildirib.

Keçən bir neçə il ərzində İran Azərbaycanı və Qaşqay Elindən olan türk fəallar arasında həm ölkə daxilində, həm də xaricdə əlaqələr və birgə fəaliyyətlər artıb.

Keçən ilin oktyabr ayında Qaşqay türklərinin tanınmış alimi və Qaşqay elində "el atası" kimi tanınan mərhum Əsədulah Mərdani Rəhiminin Şirazda keçirilən dəfn mərasimində Qaşqay türkləri üzərində "Türk azad yaşar" və "Yolumuz türkcəçilik" kimi plakatlar nümayiş etdirib, habelə İran Azərbaycanında sız səsləndirilən "Azadlıq, ədalət, milli hökumət" şüarını səsləndirmişdilər.

XS
SM
MD
LG