Accessibility links

Siyasi fəal Hüseyn Əmani Təbriz həbsxanasına köçürülüb, iki fəal müvəqqəti azadlığa buraxılıb


Şərqi Azərbaycan vilayətində saxlanılan fəallar
Şərqi Azərbaycan vilayətində saxlanılan fəallar

May ayının 18-də İranın təhlükəsizlik qüvvələri tərəfindən Təbrizdə nəzərət altına alınan fəallardan Həmzə Vəlizadə və Ruhullah Əhmədinejadin mülki zəmanət qarşılığında azadlığa buraxıldıqları bildirilir.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən türk fəallardan əldə etdiyi məlumata görə, həmin gün həbs edilən Hüseyn Əmani Nadarlı isə təhlükəsizlik qurumunun təcridxanasından Təbrizin mərkəzi həbsxanasına köçürülüb.

İnsan haqları ilə bağlı məlumat yayan "Abbas Lisani" Telegram kanalına istinadən, eyni gün nəzarət altına alınan Davud Şiri, Cavad Əhmədzadə və Əlirza Səbri, habelə mayın 21-də Nadarlı kəndində nəzarət altına alınan Məhəmmədrza Əmaninin İslam İnqilabı Qvradiyasına (Sepah) məxsus təhlükəsizlik təcridxanasında saxlanılmağa davam edir.

Fəalların 2006-cı ilin may ayında İran Azərbaycanında baş verən böyük etirazların ildönümü tədbirləri ilə əlqədar saxlanıldığı bildirilir.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, məmurlar həbs edilən fəalların evində axtarış aparıb və onların kompüter, kitab, əlyazmaları və mobil telefon kimi şəxsi əşyalarını müsadirə ediblər.

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG