Accessibility links

Məhəmməd Eyni müvəqqəti olaraq zaminə buraxılıb


Rəşt sakini olan güneyli türk fəal Məhəmməd Eyni
Rəşt sakini olan güneyli türk fəal Məhəmməd Eyni

İranın Gilan vilayətinin Rəşt şəhərində yaşayan siyasi fəal Məhəmməd Eyni daha əvvəl özünü müdafiə etmək üçün məhkəməyə müraciət etdikdən sonra mülki zəmanət qarşılığında məhkəmənin son qərarına qədər sərbəst buraxılıb.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin yaydığı məlumata görə, milli fəal mayın 30-da məhkəməyə gedərək, ona qarşı irəli sürülən ittihamlardan özünü müdafiə edib. Eyni məhkəmə prosesinin sonuna qədər 100 milyon tümən girov müqabilində müvəqqəti olaraq azadlığa buraxılıb.

Milli fəal məhkəmədə ona qarşı irəli sürülən "İslam Respublikası nizamının əleyhinə təbliğat aparmaq" ittihamından özünü müdafiə edib.

Bu türk fəalın Twitter hesabında yazdığına görə, onun məhkəmə iclası Rəşt şəhərinin Ümumi və İnqilab Məhkəməsi Prokurorluğunun 16-cı istintaq şöbəsində keçirilib.

Eyni 2020-ci ilin oktyabr ayında İkinci Qarabağ Müharibəsi zamanı İran Azərbaycanında təşkil olunan aksiyalarla əlaqədar nəzarət altına alınıb və bir müddət sonra mülki zəmanət qarşılığında sərbəst buraxılmışdı.

O, həmçinin keçən ilin yanvarında Rəşt şəhərində təhülkəsizlik qüvvələri tərəfindən həbs edilərək kəşfiyyat idarəsinin təcridxanasında 45 gün müddətində dindirilmişdi.

Məhəmməd Eyni daha sonra Rəşt Həbsxanasına köçürülərək, "sistemə qarşı təbliğat fəaliyyəti aparmaq" və "milli təhlükəsizliyə qarşı fəaliyyət yürütmək" ittihamlarından mühakimə edilib, ümumilikdə 2 il 7 ay həbs cəzasına məhkum edilmişdi. O, təqribən 6 ay həbsdən sonra Rəşt həbsxanasından elektron qandal taxılaraq buraxılmışdı.

XS
SM
MD
LG