Azərbaycan, Ermənistan, Almaniya, Fransa və Avropa İttifaqı liderləri arasında görüş keçirilib
İyunun 1-i Moldovada Azərbaycan və Ermənistan liderləri arasında görüş baş tutub. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronun da qatıldığı beştərəfli qeyri-rəsmi görüş Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçirilib.