Accessibility links

Hindistanda qatarın relsdən çıxmasına elektron siqnal xətası səbəb olub


Hindistanda elektron siqnal sistemində nasazlıq səbəbi ilə qatarıların toqquşması və relsdən çıxmasına səbəb olub. Nəticədə 300-ə yaxın adam həlak olub, 1000-dən çox adam yaralanıb.

Hindistanın dəmir yolları naziri Aşvini Vaishnav bazar günü Yeni Dehli Televiziyasına verdiyi müsahibədə "Bunu kim edib və səbəb nədir, araşdırmadan məlum olacaq" deyib.

Qəzanın səbəbləri ilə bağlı rəsmi açıqlama xilasetmə əməliyyatı başa çatdıqdan sonra verilib. Hazırda işçilər qatar xidmətini bərpa etmək üçün relsləri təmizləməyə çalışır.

Cümə günü relsdən çıxan qatarlar Kolkatadan təxminən 220 kilometr cənubda toqquşub. Baş nazir Narendra Modi şənbə günü əraziyə baş çəkib, hadisə yerində təxminən yarım saat vaxt keçirib. O, xilasetmə işlərini araşdırıb və xilasedicilərlə söhbət edib.

Daha sonra Modi yaralılardan bəzilərinin müalicə olunduğu xəstəxanaya gedib, onlardan bəziləri və onların həkimləri ilə danışıb. O, jurnalistlərə deyib ki, hökumət sağ qalanlara kömək etmək və günahkar olanları cəzalandırmaq üçün əlindən gələni edəcək.

Fövqəladə hallar işçiləri bəzi qurbanları xilas etmək üçün aşmış qatar vaqonlarına çıxmalı olub, digər xilasedicilər isə təcili xidmət göstərmək üçün qatarların vaqonlarını kəsib. Səlahiyyətlilər bildiriblər ki, ən azı üç çoxvaqonlu qatar relsdən çıxıb.

Məlumata görə, təxminən 15 vaqon relsdən çıxıb. Hindistanda dəmir yolu infrastrukturunun köhnəlməsi səbəbindən qatar qəzaları tez-tez baş verir. 12 milyondan çox insan hər gün ölkə daxilində minlərlə qatara minir.

XS
SM
MD
LG