Accessibility links

Təbriz kəşfiyyat şöbəsində Əməni qardaşlarının sorğu-sualı davam edir


Hüseyn və Məhəmmədrza (Araz) Əmani qardaşları
Hüseyn və Məhəmmədrza (Araz) Əmani qardaşları

Şərqi Azərbaycan vilayətində müvafiq olaraq may ayının 18 və 21-də İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınan Hüseyn və Məhəmmədrza (Araz) Əmani Nadarlı qardaşlarının həbsi davam edir.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, Əmani qardaşları kəşfiyyat qurumunun Təbriz şöbəsinin həbsxanasında sorğu-sual edilirlər.

İranın təhlükəsizlik qüvvələri mayın 18-də Təbrizdə Hüseyn Əmani və 5 digər türk fəalı nəzarət altına alıblar. Hüseyn Əmaninin qardaşı Araz Əmani isə 3 gün sonra Nadarlı qəsəbəsində saxlanılıb.

İnsan haqları ilə bağlı məlumat yayan "Abbas Lisani" Telegram kanalının bildirdiyinə görə, Hüseyn Əmani saxlanılandan bir neçə gün sonra Təbrizin mərkəzi həbsxanasına köçürülüb, ancaq az müddət sonra yenidən təhlükəsizlik qurumunun təcridxanasına qaytarılıb.

Şərqi Azərbaycan vilayətində Şəbistər şəhəri Nadarlı qəsəbəsinin sakini 38 və 33 yaşlarında olan Hüseyn və Araz Əmani qardaşlarının ikisi də evlidir. Hüseyn Əmani Türkay və Oğuz adlı iki uşaq atasıdır.

Hər iki qardaş göstərdikləri mədəni və siyasi fəaliyyətləri səbəbilə daha əvvəl də həbs və mühakiməyə məruz qalıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG