ABŞ Dövlət katibi Antoni Blinken təhlükəsizlik və iqtisadi məsələlərlə bağlı danışıqlar məqsədi ilə üçün çərşənbə axşamı Səudiyyə Ərəbistanına səfər edir.
Səfərdən əvvəl Blinken ABŞ-ın "İsrail və Səudiyyə Ərəbistanı arasında normallaşmanın təşviqində real milli təhlükəsizlik marağına malik olduğunu" deyib.
ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin administrasiyasından başlayaraq Birləşmiş Ştatlar İsrail ilə Misir, Bəhreyn, Mərakeş və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla, bir sıra ərəb ölkələri arasında münasibətləri normallaşdırmağa çalışıb.
Blinken İsrail tərəfdarı olan AIPAC lobbisinin iclasında bildirib ki, Səudiyyə Ərəbistanına səfərinin bir hissəsi İsrail-Səudiyyə münasibətlərini inkişaf etdirmək üçün işləməyi əhatə edəcək.
"Biz inanırıq ki, bu irəliləyişdə ayrılmaz rol oynaya bilərik və həqiqətən də oynamalıyıq" - deyə, Blinken bildirib.
O deyib ki, buna tez və ya asanlıqla nail oluna biləcəyi ilə bağlı heç bir illüziyamız yoxdur.
Dövlət Departamenti bildirib ki, Blinkenin cədvəlinə çərşənbə günü “təhlükəsizlik, sabitlik, gərginliyin azaldılması, regional inteqrasiya və Yaxın Şərqdə iqtisadi imkanların” təşviq edilməsinin müzakirəsi üçün Körfəz Əməkdaşlıq Şurası nazirləri ilə görüşü daxildir.
Cümə axşamı Blinken və səudiyyəli həmkarı Feysal bin Fərhan İslam Dövləti qrupuna qarşı mübarizə aparan ölkələrin 80 nəfərlik koalisiyasının toplantısına ev sahibliyi edəcək.