Accessibility links

Təbrizdə siyasi fəal Davud Şiri mülki zəmanətlə sərbəst buraxılıb


Davud Şiri
Davud Şiri

Hüquq müdafiəçiləri 3 həftə əvvəl Təbrizdə bir neçə digər fəalla birlikdə nəzarət altına alınan siyasi fəal Davud Şirinin müvəqqəti olaraq sərbəst buraxıldığını bildiriblər.

Azərbaycan İnsan Haqları Təşkilatı və "Abbas Lisani" adlı Telegram kanalının məlumatına görə, türk fəal cümə axşamı günü 200 milyon tümənlik mülki zəmanət qarşılığında Təbrizin mərkəzi həbsxanasından azad edilib.

Davud Şirinin hansı ittihamlar ilə üzləşdiyinə dair məlumat yayılmayıb. O, göstərdiyi mədəni və siyasi fəaliyyətlər səbəbilə keçmiş illərdə də həbs və mühakiməyə məruz qalıb.

İranın təhlükəsizlik qüvvələri may ayının 18-də Təbrizdə Davud Şiri, Hüseyn Əmani, Həmzə Vəlizadə, Ruhullah Əhmədinejad, Cavad Əhmədzadə və Əlirza Səbrini həbs etdilər. Hüseyn Əmaninin qardaşı Məhəmmədrza (Araz) Əmani isə 3 gün sonra Nadarlı qəsəbəsində saxlanıldı.

Saxlanılan fəallardan Hüseyn Əmani, Araz Əmani, Cavad Əhmədzadə və Əlirza Səbrinin həbsinin kəşfiyyat qurumunun təcridxanası və ya Təbrizin mərkəzi həbsxanasında davam etdiyi bildirilir.

XS
SM
MD
LG