Pakistan rəsmiləri bildirib ki, Ərəbistan dənizinin şimal-şərq hissəsindən yaxınlaşan "çox şiddətli siklon fırtınası" səbəbi ilə minlərlə insan təxliyə edilir.
Biparjoy siklonu Kəraçi liman şəhərindən təxminən 470 kilometr və Tatta rayonundan 460 kilometr cənubdadır.
Pakistan Meteorologiya Departamenti bildirib ki, Biparjoyun davamlı küləyinin maxsimum sürəti saatda 150 kilometr, külək impulsunun sürəti saatda 170 kilometrə çatır, maksimum dalğa hündürlüyü 9 metrdən çoxdur.
Birləşmiş Millətlər Təşkilatı bildirib ki, son proqnoza görə, siklon cümə axşamı günortadan sonra Kəraçi ilə qonşu Hindistanın Qucarat sahil xətti arasında quruya çatacaq.
"Ehtimal edilir ki, təxminən 9000 ev təsərrüfatı (təxminən 55000 nəfər) birbaşa təsir riski altındadır. Siklon irəliləyərək sahil xəttinə çatdıqda müxtəlif rayonlarda sahilyanı daşqın riski yüksəkdir", BMT-nin Humanitar Yardım Koordinasiya Ofisi bildirir. Agentlik siklonun Pakistanın 10 rayonundakı icmalara təsir edəcəyini qeyd edib.
Pakistanın iqlim dəyişikliyi və ətraf mühit üzrə naziri Şerri Rehman tvitində "Kəraçi küləklərin miqyası və intensivliyi nəzərə alınmaqla daşqınlarla üzləşəcək. Sahil bölgələrində ehtiyat evakuasiyasına başlanılıb" deyib.
Pakistanın paytaxtı İslamabadda keçirdiyi mətbuat konfransında 25 mindən çox insanın artıq müvəqqəti sığınacaqlara təxliyə edildiyini bildirən Rəhman təxliyə prosesinin cümə axşamı səhərə qədər başa çatacağını bildirib.
Kəraçinin paytaxtı olduğu Sind əyalətinin hökuməti bazar ertəsi günü fövqəladə vəziyyət elan edildiyini və Pakistan ordusunun köməyi ilə 80 mindən çox insanın təhlükəsiz yerə köçürülməsinə başlanıldığını açıqlayıb.
Səlahiyyətlilər balıqçılara siklon bitənə qədər - çox güman ki, iyunun 17-dək açıq dənizə çıxmamaq barədə xəbərdarlıq edib.
Hindistan hakimiyyəti güclü siklonun fəsadlarına hazırlaşır. Çərşənbə axşamı Hindistanın qərb sahil bölgələrindən insanlar evakuasiya edilir. Mumbayda isə dalğalı dənizdə dörd oğlanın boğulduğu xəbər verilir.
Biparjoy benqal dilində fəlakət deməkdir.
Bu, Hindistan Meteorologiya Departamentinin tropik fırtınaları təsnif etmək üçün istifadə etdiyi ikinci ən yüksək kateqoriyadır. Hindistanın şimal-şərq bölgəsində növbəti beş gün ərzində güclü yağışlar müşahidə olunacaq. Bundan əlavə, sinoptiklər yaxın 3-5 gün ərzində Hindistanın şimal-qərb, şərq və şimal yarımadasının bəzi bölgələrində istilik dalğası gözləndiyini bildirir.