Accessibility links

Tramp federal ittiham əsasında məhkəmə qarşına çıxarılır


ABŞ-ın keçmiş prezidentİ Donald Tramp Şimali Karolina ştatında Respublikaçılar Partiyasının Qrinsboro şəhərində keçirilən qurultayında çıxış edir, Şimali Karolina, 10 iyun 2023-cü il.
ABŞ-ın keçmiş prezidentİ Donald Tramp Şimali Karolina ştatında Respublikaçılar Partiyasının Qrinsboro şəhərində keçirilən qurultayında çıxış edir, Şimali Karolina, 10 iyun 2023-cü il.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2021-ci ildə Ağ Evi tərk etdikdən sonra məxfi sənədlərlə səhv davranmaqda ittiham edildiyi məhkəmə qarşısına çıxacaq. Məhkəmədən öncə Trampın Mayami yaxınlığındakı qolf klubuna gəldiyi bildirilir.

Yerli vaxtla saat 15:00-a planlaşdırılan məhkəmə prosesinin Mayami şəhərinin mərkəzindəki federal məhkəmədə gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində keçiriləcəyi gözlənilir.

Federal hökumət rəsmiləri məhkəmənin təhlükəsizliyini gücləndiriblər. Mayami rəsmiləri həm Tramp tərəfdarları, həm də mümkün əks nümayişlərdə iştirak edənlər tərəfindən istənilən zorakılığın qarşısını almağa hazır olduqlarını bildiriblər.

Tramp federal məhkəmənin böyük münsiflər heyətinin ona qarşı 37 cinayət ittihamı, o cümlədən Casusluq Aktı ilə nəzərdən tutulan məxfi milli təhlükəsizlik sənədlərini "qəsdən saxlama" ilə bağlı ittiham irəli sürməsindən beş gün sonra məhkəmə qarşısına çıxarılır. Bu maddələrin hər biri ilə 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulur.

Tramp federal ittihamla üzləşən ilk keçmiş prezidentdir. Bu, son iki ayda ikinci dəfədir ki, ona qarşı ittiham irəli sürülür. Aprel ayında Nyu York şəhərinin Manhattan məhkəməsi tərəfindən Trampa qarşı 2016-cı il prezident seçkiləri kampaniyası zamanı iddia edildiyi kimi, porno ulduza səssiz qalmaq üçün edilən ödənişlərlə bağlı ittihamlar irəli sürülüb. Bu iş çərçivəsində Tramp keçən apreldə Nyu-Yorkda məhkəmə qarşısına çıxarılıb

Bununla belə, irəli sürülən yeni ittihamlar onun yenidən prezident seçilmək ehtimalına mane olmur.

Hüquqi problemlərinə baxmayaraq, Tramp hələ də prezidentliyə namizədliyini davam etdirə bilər və o təqsirli bilinsə belə, kampaniyanı davam etdirəcəyinə söz verib.

Trampın məhkəməsinin başlama tarixi qeyri-müəyyən olaraq qalır. Bəzi ekspertlər bunun bir neçə ay çəkə biləcəyini və hətta 2024-cü il seçkilərinə qədər təxirə salına biləcəyini irəli sürürlər.

XS
SM
MD
LG