Accessibility links

Müsəlman Birliyi Hərəkatının üzvü müalicəsi üçün problemlər yaradıldığını bildirir


Əbülfəz Bünyadov (Arxiv foto. Mənbə: VOA)
Əbülfəz Bünyadov (Arxiv foto. Mənbə: VOA)

Yataq xəstəsi olan Müsəlman Birliyi Hərəkatının üzvü Əbülfəz Bunyadov sağlamlığında ciddi problemlər yaransa da, müayinə və müalicəsi üçün problemlər yaradıldığını bildirib.

Əbülfəz Bünyadov Amerikanın Səsinə deyib ki, 2019-cu ildə məhkəmə qərarı ilə səhhəti ilə əlaqədar həbsdən azad edilsə də daimi olaraq evinə iki nəfər polis əməkdaşı nəzarət edir.

"Artıq 8 ildir mənim evimin qapısı ağzında polis dayanır. Evimdən həyat yoldaşım da bayıra çıxanda pasport tələb edib yoxlayırlar, bacım da bizə gələndə yoxlayırlar. Bununla bağlı daxili işlər nazirinə məktub yazmışam, Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzinə" yüz dəfə zəng etmişəm. Sual edirəm, əgər mən ev dustağıyam, deyin?" o sual edib.

Əbülfəz Bünyadov: Artıq 8 ildir evimə polis nəzarət edir
please wait

No media source currently available

0:00 0:02:18 0:00

Bünyadov polis əməkdaşlarının onun müayinəsi, müalicəsi üçün hətta təcili tibbi yardım xidmətinin həkimlərinin evinə daxil olması üçün problemlər yaratdığını bildirib.

"Ağ ciyərlərimdə problem var, artıq 20 gündür bədən temperaturum normadan artıqdır və normaya düşmür. Müayinəyə və müalicəyə getməliyəm, polis evdən buraxmır. Deyir Daxili İşlər Nazirliyindən icazə almalısan. "102 Zəng Mərkəzinə" zəng edirəm deyirlər Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi icazə verməlidir. Onlar da Sabunçu rayon Polis İdarəsindən icazə almalıdır. Qızdırma içində yarım saat günün altında gözləməliyəm. Onsuz da səhhətim ağırdır", o qeyd edib.

Əbülfəz Bünyadov polisin 2015-ci il noyabrın 26-da Nardaranda keçirdiyi xüsusi əməliyyat zamanı həbs edilib. Əməliyyat zamanı o, bir neçə güllə yarası alıb və hərəkət qabiliyyətini tam itirib. 2018-ci ilin iyulunda məhkəmə onu 15 il müddətinə azadlıqdan məhrum edib. 2019-cu ildə səhhətində ciddi problemlər olduğundan Bünyadov məhkəmənin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

"Məhkəmə qərarında mənin yalnız ölkəni tərk edə bilməməyim göstərilib. Qərarda mənim üzərimə hər hansı başqa öhdəlik qoyulmayıb. Polis əməkdaşlarının evimin qapısı ağzında post qurması məhkəmə qərarına ziddir" , o qeyd edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən məlumat almaq mümkün olmayıb.

XS
SM
MD
LG