Accessibility links

Milli Məclis 2023-cü ilin dövlət büdcəsinə dəyişiklikləri qəbul edib


Milli Məclisin binası
Milli Məclisin binası

Milli Məclisin iyunun 16-da “2023-cü il dövlət büdcəsi haqqında” qanununa dəyişiklikləri qəbul edib.

Dəyişikliyə əsasən, 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 milyard 779 milyon 500,0 min manat, xərcləri 36 milyard 568 milyon 800,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 33 milyard 14 milyon 798,0 min manat, yerli gəlirləri 764 milyon 702,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 milyard 791 milyon 792,0 min manat, yerli xərcləri 777 milyon 8,0 min manat) məbləğində təsdiq edilməsi təklif edilib.

İqtisadçı ekspert Fərid Mehralızadənin Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:02:26 0:00

Büdcənin xərc hissəsinə artırılan 3 milyard 215 milyon 500 min manatın böyük bir hissəsi (2 milyard 260 milyon manat) azad olunmuş Qarabağ, Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsinə yönəldiləcək.

Öncəki sənəddə neftin bir barelinin ixrac qiyməti 50 dollar götürülüb. Qanuna edilən yeni dəyişkliklərdə isə bu məbləğ 60 dollar hesablanıb.

İqtisadçı ekspert Fərid Mehralızadə Amerikanın Səsinə bildirib ki, Azərbaycanda dövlət büdcəsinə edilən dəyişiklik neft qiymətlərinin dünya bazarında yüksək olması ilə bağlıdır.

“Çünki 2023-cü ilin dövlət büdcəsi qəbul edilərkən neftin bir barelinin qiyməti 50 dollardan hesablanmışdı. Ancaq sonuncu açıqlanan rəqəmlərə görə bu il ərzində Azərbaycan neftinin satış qiyməti bir barel üçün 80 dollardan yüksək olub və bu da təbii ki, dövlət büdcəsinin gəlirlərinin daha da çox olmasına gətirib çıxardır. Nəzərə almaq lazımdır ki, Azərbaycan dövlət büdcəsinin gəlirlərinin formalaşmasında neft və qaz satışından əldə edilən gəlirlər təxminən 52-53 faiz paya sahibdir. Büdcə gəlirlərinin yarıdan çoxu bu sahə ilə bağldır. Bu baxımdan təbii ki, neft qiymətlərində bahalaşma olduqda büdcə gəlirlərində də artımın olmasına gətirib çıxardır,” eksert bildirir.

Onun fikrinə görə, yeni dəyişikliklər büdcədə insanların sosial vəziyyəti ilə bağlı bir o qədər də ciddi dəyişikliklərə səbəb olmayacaq.

“Burada əlavə gəlirin xərc istiqaməti sosial ödənişlərlə bağlı deyil. Bu Qarabağdakı yenidənqurma işləri və müdafiə məsələləri ilə bağlıdır,” Mehralızadə deyir.

Bu artımların inflyasiya təsirlərinə gəldikdə ekspert deyir ki, büdcə xərclərinin artırılmasının inflyasiyaya bir o qədər ciddi təsir edəcəyini hesab etmir.

“Düzdür ola bilər ki, tikinti sektoru ilə bağlı müəyyən çağırışlar ortaya çıxsın. Ancaq dediyimiz kimi bu, əlavə vəsaitin əsasən iki sahə üzrə xərclənməsi digər sahələrə təsir imkanlarını nisbətən məhdudlaşdırır. Digər tərəfdən büdcədə dəyişikliklər həm də Azərbaycanda insanların tez-tez narahatlıq keçidiyi bir məsələ ilə bağlı da bizə proqnoz verməyə imkan verir. Çünki əsasən hökümət devalvasiyaya getdiyi zaman, büdcə öhdəliklərini yerinə yetirə bilmədiyi zaman bu qərar verilir. Amma hazırki vəziyyətdə bu il ərzində hökümət öz öhdəliklərini rahatlıqla yerinə yetirə biləcək. Bu baxımdan insanları ən azı 2023-ci il ərzində hazırki qiymətlərin devalvasiyaya səbəb olmayacığını qeyd edə bilərik,” o, qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG