Accessibility links

Siyasi fəal Əli Şadi 4 ay həbsə məhkum edilib


Əli Şadi
Əli Şadi

Hüquq müdafiəçiləri keçən yanvar ayında Təbrizdə saxlanılıb və təqribən bir ay nəzarətdən sonra müvəqqəti azadlığa buraxılan siyasi fəal Əli Şadinin İnqilab Məhkəməsi tərəfindən dörd ay həbs cəzasına məhkum olunduğunu bildirib.

Amerikanın Səsinin mətnini əldə etdiyi məhkəmə qərarına istinadən, Əli Şadi "internetdə nizama qarşı yazılar və görüntülər paylaşaraq İslam Respublikasının müqəddəs nizamına qarşı təbliğat fəliyyəti", "bölücü qruplaşmaya üzv olmaq" və "ölkənin daxili təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq" ittihamları ilə mühakimə olunub.

Qərara əsasən, siyasi fəal "nizama qarşı təbliğat fəaliyyəti" göstərməkdə ittiham edilib.

Məhkəmə digər iki ittihamla bağlı "müttəhimin inkar etməsi və yetərli dəlillərin əldə olmaması" səbəbi ilə bəraət qərarı çıxarıb.

İranın təhlükəsizlik qüvvələri Əli Şadini keçən yanvar ayının ilk günlərində Təbrizdəki evində nəzarət altına almışdılar. O, təqribən bir ay nəzarətdə saxlanıldıqdan sonra mülki zəmanət qarşılığında məhkəmə prosesinin sona çatmasına qədər müvəqqəti azadlığa buraxılıb.

XS
SM
MD
LG