Accessibility links

Belarus 2020-ci il etiraz aksiyalarının 18 iştirakçısına uzunmüddətli həbs cəzası verib


Belarus məhkəməsi 2020-ci ildə ölkəni sarsıdan hökumət əleyhinə kütləvi etiraz aksiyalarının 18 iştirakçısına uzunmüddətli həbs cəzası verib. Üçü ölkəni tərk edən və qiyabi mühakimə olunan fəallara qarşı bir çox ittihamlar arasında hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum, hökuməti devirmək üçün sui-qəsd, terror aktı törətmək kimi ittihamlar irəli sürülüb.

Hakimiyyətin məlumatına görə, etirazçılar müqavimət hərəkatı yaradıb, hüquq-mühafizə orqanlarına hücum edib, təxribat törədib və Belarusun paytaxtı Minskdə polis məntəqələrini yandırıblar. Onlardan bəziləri hökumətyönlü deputat, Belarus Liberal Demokrat Partiyasının sədri Aleh Hayukeviçin evinə molotov kokteyli ataraq yandırmağa cəhd etməkdə də ittiham olunub.

Nümayişçilər 2 ildən 25 ilə qədər həbs cəzası alıb.

Belarusda 2020-ci ildə avtoritar prezident Aleksandr Lukaşenkonun altıncı dəfə prezidentliyini təmin edən mübahisəli prezident seçkilərindən sonra kütləvi etirazlar baş qaldırıb. Həm Belarus müxalifəti, həm də Qərb səsvermənin saxtalaşdırılmasını pisləyib.

Hakimiyyət nümayişə sərt şəkildə cavab verib, 35 mindən çox insanı həbs edib, minlərlə insanı vəhşicəsinə döyüb. Onlarla hüquq-müdafiə qrupu və müstəqil xəbər agentlikləri bağlanıb. Hökumətin tənqidçilərinə qarşı çoxşaxəli təzyiqlər bu günə qədər davam edir, hakimiyyət müxalifət fəallarını, hüquq müdafiəçilərini və jurnalistləri hədəf alıb.

Belarusun ən tanınmış hüquq-müdafiə təşkilatı Viasna ölkədə 1492 siyasi məhbus olduğunu hesablayıb.

Müxalifət fəalıi Vadzim Prakopyeu çərşənbə günü "terror sui-qəsdinin təşkilatçısı" kimi 25 il həbs cəzasına məhkum edilib. Prakopyeu Belarusu tərk edib, ona görə də onun cəzası qiyabi elan edilib. O, Ukraynada Kyiv qüvvələri ilə çiyin-çiyinə döyüşən belarusluları dəstəkləyib.

Hökmü şərh edən Prakopyeu jurnalistlərə deyib ki, "Lukaşenkonun cinayətkar rejimi cinayət hökmlərinə möhür vurur".

Məhkum olunanlar arasında keçmiş hərbçi Uladzislau Vaytsiachoviçin bütün ailəsi də var. O, həyat yoldaşı, oğlu və gəlini ilə birlikdə mühakimə olunub və öna 21 il, qohumlarına isə 11 ildən 19 ilə qədər həbs cəzası verilib. Digər hərbçi İhar Çamyakin isə qiyabi olaraq 20 il müddətinə azadlıqdan məhrum edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG