Accessibility links

Rusiya Məhkəməsi Wall Street Journal müxbirinin şikayətini rədd edib


Rusiya məhkəməsi cümə axşamı bildirib ki, Wall Street Journal-ın müxbiri Evan Gershkoviç casusluq ittihamı ilə məhkəməni gözləyərkən həbsdə qalacaq.

Gerşkoviç martın sonlarında Yekaterinburq şəhərində həbs edilib. May ayında hakim onun avqustun 30-na qədər həbsdə qalması barədə qərar çıxarıb, bu qərara vəkilləri cümə axşamı etiraz etsə də, qərar qüvvədə saxlanılıb.

Gerşkoviç və The Wall Street Journal müxbirin casusluq fəaliyyəti ilə məşğul olduğunu təkzib edib.

ABŞ hökuməti Gerşkoviçin haqsız yerə həbs edildiyini bildirib və onun dərhal azad edilməsinə çağırıb.

Onun məhkəməsinin vaxtı təyin edilməyib.

XS
SM
MD
LG