Şərqi Azərbaycan Vəkillər Kollegiyasının intizam məhkəməsində vəkil Əmir Mehdipur barəsində ittihamnamə hazırlanıb.
İttihamnamənin surətini öz Instagram səhifəsində paylaşan Mehdipur əsas məqsədin onun vəkillik lisenziyasını ləğv etmək olduğunu qeyd edib.
Sənəddə yazılanlara əsasən, Şərqi Azərbaycan Vəkillər Kollegiyasının intizam prokuroru Əkbər Rzapur ona qarşı "vəkillik andını pozmaq" ittihamını irəli sürüb.
Əmir Mehdipur 2022-ci ilin oktyabr ayında Təbrizdə insan haqları vəkillərinə qarşı basqıların artması fonunda bir neçə digər vəkillə birlikdə nəzarət altına alınıb və bir müddət sonra zəmanətlə müvəqqti olaraq sərbəst buraxılıb.
O, daha sonra Təbriz İnqilab Məhkəməsi tərəfindən 6 ay həbsə məhkum edilib.
Prokuror Rzapur məhkəmə sisteminin kəşfiyyat qurumu tərəfindən hazırlanan hesabat, eləcə də Əmir Mehdipurun Instagram səhifəsində paylaşdığı yazılar və Təbriz İnqilab Məhkəməsinin çıxardığı hökmə əsaslanaraq vəkil haqqında "vəkillik andını pozmaq" ittihamı ilə intizam işi açılmasını tələb edib.
Əmir Mehdipur Instagram səhifəsində yazıb, "bilirəm ki, yuxarıdakıların məqsəd və niyyətləri vəkillik lisenziyamı ləğv etməkdir. Ancaq, intizam məhkəməsinin qərarını gözləyəcəyim."