Accessibility links

Çin qiyamdan sonra Rusiyaya dəstəyini bildirib


Qısamüddətli qiyamın prezident Vladimir Putinin 23 illik hakimiyyətinə ən ciddi problem yaratmasından sonra Çin Rusiyaya dəstəyini bldirib.

Analitiklərin fikrincə, qiyam “Rusiyanın ali siyasi və hərbi rəhbərliyi arasında barışmaz münaqişəni”, həmçinin Putinin qüsurlu komandanlıq zəncirini ifşa edib. Onlar əlavə edirlər ki, bu, təkcə Rusiyanın Ukrayna müharibəsindəki məğlubiyyətindən xəbər vermir, həm də Pekin və Moskva arasındakı əlaqələrin sərhədlərinə sınaq ola bilər.

Çin Xarici İşlər Nazirliyi bir gün içində həll edilən Vaqner muzdlu qruplaşması tərəfindən şənbə günü çevrilişini “Rusiyanın daxili işi” adlandırıb.

“Rusiyanın dost qonşusu və yeni dövr üçün koordinasiya üzrə hərtərəfli strateji tərəfdaşı kimi Çin milli sabitliyin qorunmasında, inkişaf və firavanlığa nail olunmasında Rusiyanı dəstəkləyir”, bəyanatda deyilir.

Çinin dəstəyi Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun bazar günü Pekinə səfəri zamanı xarici işlər naziri Qin Qan və onun müavini ilə görüşndə bildirilib.

Çin Xarici İşlər Nazirliyinin bəyanatına görə, görüşlər zamanı tərəflər yaxın tərəfdaşlıqlarını təsdiqləyib və qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələləri müzakirə ediblər. Bəyanatda Rusiyadakı vəziyyət və ya Vaqnerin muzdlu dəstəsinin lideri Yevgeni Priqojin qeyd olunmayıb.

Associated Press xəbər verir ki, Rudenkonun səfəri əvvəlcədən elan olunmayıb.

Çin və Rusiya rəsmi müttəfiq olmasalar da, Moskvanın Ukraynaya müdaxiləsi boyu yaxın əlaqələri qoruyub saxlayıb və Çin bunu qınamaqdan imtina edib. Müharibə başlamazdan əvvəl Moskva və Pekin münasibətlərinin ənənəvi müttəfiqlikdən daha böyük olduğunu və “hüdudlarının olmadığını” elan edib.

Həftə sonu çinli internet istifadəçiləri Rusiyaya dəstək ifadə ediblər.

Kremlin sözçüsü Dmitri Peskovunbildirdiyinə görə, Vaqner qrupunun rəhbəri Yevgeni Priqojin Belarusa köçəcək. Keçmiş Putinə qarşı silahlı üsyana qarşı ittihamlar götürüləcək və qiyamda iştirak edən Vaqner döyüşçüləri cəzalandırılmayacaq.

“Rusiya rəhbərliyi bazar ertəsi asayişi bərpa etməyə çalışsa da, silahlı qiyam Rusiya prezidentinin komandanlıq zəncirindəki qüsurları üzə çıxardığından Putin rejimi hələ də zəifləmiş görünür” - deyə, Taypeydəki Milli Müdafiə və Təhlükəsizlik Araşdırmaları İnstitutunun elmi işçisi Tzu-yun Su bildirib.

Su ABŞ kəşfiyyatına istinad edərək, Çinin özəl firmalarının rus ordusuna avtomat və pilotsuz təyyarələr satdığını bildirib. Çin Rusiyaya hərbi ləvazimat məsələn, ordu üçün ərzaq, təbii qaz, benzin və xam neft almaqla dəstək verir.

2022-ci ilin fevralında Ukraynanın işğalından sonra ABŞ və Böyük Britaniya da daxil olmaqla, bir çox ölkə Moskvanın müharibə səylərini maliyyə cəhətdən əngəlləmək üçün Rusiyadan xam neft və benzin idxalını dayandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG