Accessibility links

Nyu-Yorkda tıxacları azaltmaq məqsədi ilə nəqliyyat rüsumları qaldırılır


Nyu-York tıxacları azaltmaq, havanın keyfiyyətini yaxşılaşdırmaq və şəhərin inkişafı üçün vəsait toplamaq səylərinin bir hissəsi kimi Manhettenin ən çox ziyarət edilən hissələrinə avtomobillə gediş rüsumlarının artırılması ilə ölkədə ilk planna kritik federal təsdiq əldə edib.

Proqram Nyu York şəhərini London, Sinqapur və Stokholm kimi yüksək sıxlıqlı biznes rayonları üçün oxşar ödəniş proqramlarını həyata keçirən yerlərə uyğunlaşdıraraq 2024-cü ilin yazında başlaya bilər.

Nəzərdən keçirilən bir neçə ödəniş ssenarilərindən birinə əsasən, sürücülərdən Manhettenə 60-cı küçənin cənubuna daxil olmaq üçün gündə 23 dollara qədər ödəniş alına bilər, dəqiq məbləğlə bağlı qərar uzun müddət dayanmış plana nəzarət edən Böyükşəhər Nəqliyyat İdarəsi tərəfindən verilməlidir.

Bazar ertəsi Nyu York qubernatoru Keti Hoçulun sözçüsü bildirib ki, tıxac qiymət planı Federal Avtomobil Yolları İdarəsi tərəfindən təsdiqlənməsi son federal maneəni aradan qaldırıb.

"Federal hökumətin yaşıl işığı ilə biz bu proqramın həyata keçirilməsində irəliləyiş gözləyirik" - deyə, Demokrat Hoçul bildirib.

Manhettenə gedən insanlar Hudson, İst və Harlem çaylarını birləşdirən bir çox körpü və tunellərdən istifadə etmək üçün artıq böyük rüsumlar ödəyir. Manhettenin cənub yarısı üçün xüsusi rüsumlar mövcud ödənişlərin üzərinə gələcək.

Yeni ödənişlərin ildə daha 1 milyard dollar qazanc gətirəcəyi gözlənilir ki, bu da Metropoliten Nəqliyyatı Agentliyi (MTA) tərəfindən idarə olunan metro, avtobus və şəhərətrafı dəmir yol sistemlərinin təkmilləşdirilməsi üçün borcların maliyyələşdirilməsinə sərf olunacaq.

Ştat Qanunverici orqan 2019-cu ildə nəqliyya qiymətləri üçün konseptual planı təsdiqləsə də, koronavirus pandemiyası federal tənzimləyicilərin rəhbərliyinin olmaması ilə birlikdə layihəni dayandırıb.

Bu plan Nyu-Cersi ştatının rəsmiləri tərəfindən kəskin şəkildə qınanılıb. Onlar maşınla Manhettenə gedən insanların gediş-gəlişinin baha başa gəldiyini deyib.

Taksi və avtoservis sürücüləri də bunun gediş haqqını əlçatmaz edəcəyini bildirərək, etiraz ediblər. MTA bəzi təkliflərində taksilər və digər kirayəlik avtomobillər üçün rüsumlara məhdudiyyətlər tətbiq edib.

XS
SM
MD
LG