Accessibility links

Human Rights Watch: Ukrayna qadağan olunmuş piyada əleyhinə minalardan istifadə edib


Human Rights Watch (HRW) Ukrayna qüvvələrinin Rusiya qoşunlarına qarşı qadağan olunmuş piyada əleyhinə minalardan istifadə etdiyinə dair yeni sübutlar üzə çıxardığını bildirib.

2005-ci ildə Ukrayna 1997-ci ildə bu cür minalardan istifadəni qadağan edən və onları bu silahların ehtiyatlarını məhv etməyə məcbur edən beynəlxalq müqaviləni ratifikasiya edib.

Rusiya müqaviləyə qoşulmayıb.

HRW Ukrayna hökumətini bu cür silahlardan istifadə etməmək öhdəliyinə əməl etməyə, onlardan istifadə ilə bağlı şübhələri araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.

"Ukraynanın hökumət ordusunun qadağan edilmiş piyada əleyhinə minalardan açıq şəkildə istifadəsini araşdırmaq öhdəliyi onun mülki insanları qorumaq məsuliyyətinin mühüm etirafıdır", Human Rights Watch təşkilatının silahlar üzrə rəhbəri Stiv Qus bəyanatında bildirib.

HRW may ayında məktubunun Ukrayna hökuməti ilə bölüşdüyünü, lakin heç bir cavab almadığını bildirib.

Son hesabatda deyilir ki, Ukrayna qoşunlarının piyada əleyhinə minalardan istifadəsinə dair yeni sübutlar “Ukraynanın şərqində işləyən bir adamın” internetdə yerləşdirdiyi fotoşəkillərdən əldə edilib. Bu fotoşəkillərdə Ukrayna və latın dilində yazıları olan 220 mm-lik Uraqan raket başlıqlarının bölmələri göstərilir və orada Ukrayna hərbçilərinə vəsait ayıran təşkilatın adı çəkilir”.

Hesabatda qurumun adı açıqlanmır.

Human Rights Watch təşkilatının 31 yanvar hesabatına reaksiya verən Ukrayna Xarici İşlər Nazirliyi Ukrayna qüvvələrinin qadağan olunmuş piyada əleyhinə minalardan istifadə etməsi ilə bağlı iddiaları araşdıracağını bildirib.

Nazirlik, həmçinin bildirib ki, Ukrayna “beynəlxalq öhdəliklərini tam yerinə yetirir, rus işğalçıları isə hərbi cinayətlər törədir və Ukrayna xalqına qarşı soyqırım həyata keçirir”.

XS
SM
MD
LG