Accessibility links

Ukraynanın Xerson şəhəri atəşə tutulub, 4 nəfər xəsarət alıb


Rusiya hərbçiləri Xersonun yaşayış məntəqələrini atəşə tutub. Yerli rəsmilərin bildirdiyinə görə, 4 nəfər yaralanıb.

Xerson vilayət prokurorluğunun məlumatına görə, rus qoşunları saat 11:00 radələrində Xersonun yaşayış massivlərindən birini atəşə tutub, mülki infrastrukturu zədələyiblər

“Ən azı 4 vətəndaş yaralanıb. Onlardan ikisi hündürmərtəbəli binaya hədəfli zərbə nəticəsində yaralanıblar” - prokurorluğun verdiyi məlumatda deyilir.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti Xerson şəhərinin rus hərbçiləri tərəfindən atəşə tutulmasının nəticələrini əks etdirən fotoşəkilləri dərc edir. İdarədən bildirilib ki, xilasedicilər zərbə nəticəsində dağılmış mənzillərdən birinin eyvanında baş verən yanğını söndürüblər. İki zərərçəkən xəstəxanaya yerləşdirilib.

Əlavə edək ki, iyulun 2-nə keçən gecə Rusiya hərbçiləri “Shahed” kamikadze dronları ilə Kyivə zərbələr endirib. Ukrayna hakimiyyəti bildirir ki, hava hücumundan müdafiə vasitələri bütün dronları vurub.

Zərbə haqqında Kyiv şəhərinin hərbi administrasiyası tərəfindən məlumat verilib. Bu, son 12 gündə İran pilotsuz təyyarələri vasitəsilə Kyivə edilən ilk hücumdur.

XS
SM
MD
LG