Accessibility links

Ekspert: Hündürmərtəbəli binalar tikilən ərazilərin seysmik tədqiqatları aparılmaldır


Xəzərdə zələzələ olub (Mənbə: Seysmoloji Xidmət Mərkəzi)
Xəzərdə zələzələ olub (Mənbə: Seysmoloji Xidmət Mərkəzi)

“İyulun 4-də Bakı vaxtı ilə saat 00:01-də Xəzər dənizində Azərbaycanın şimal-şərq hissəsində 65 kilometr dərinlikdə maqnitudası 5.5 olan zəlzələ baş verib. Təkanın baş verməsi 10 saniyədən az çəkib. Heç bir fəsad olmayıb, dağıntılar yoxdur”.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli mətbuat konfransında deyib.

“Zəlzələnin maqnitudası az olub, bəzi yerlədə hiss edilib. Gecə baş vermiş təkanın heç bir təhlükəsi yoxdur. Çox dərinlikdə yerləşir. Birmənalı olaraq belə təkanlar ciddi dağıntılar törədə bilməz. İlk zəlzələ qədər də güclü zəlzələ ola bilməz. Gecə səhərə qədər təkanlar olsa da, hiss edilməyib”, Yetirmişli qeyd edib.

Qurban Yetirmişli (Mənbə: Respublika Seysmoloji Xidmət Mərkəzi)
Qurban Yetirmişli (Mənbə: Respublika Seysmoloji Xidmət Mərkəzi)

Onun sözlərinə görə, ölkənin müasir tələblərə cavab verən seysmoloji xəritəsi yoxdur. Azərbaycanda bu xəritənin ən son 1957-ci ildə ərsəyə gəldiyini xatırladan Qurban Yetirmişli bildirib ki, hazırda Fövqəladə Hallar Nazirliyi ilə birlikdə yeni xəritənin hazırlanması istiqamətində işlər aparılır.

Baş direktor deyib ki, Azərbaycanda binalar tikilərkən zəlzələyə davamlılığı nəzərə alınır.

“Ölkəmizdə binalar tikilərkən 8 ballıq zəlzələyə davamlılığı da nəzərə alınır, layihələr buna əsasən hazırlanır. Azərbaycan seysmik zonada yerləşir və buna görə zəlzələlərin olması normaldır”, o qeyd edib.

Fəxrəddin Qədirov (Fotonu Qədirovun özü təqdim edib)
Fəxrəddin Qədirov (Fotonu Qədirovun özü təqdim edib)

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor, geologiya-mineralogiya elmləri doktoru Fəxrəddin Qədirov Amerikanın Səsinə müsahibəsində deyib ki, Azərbaycanda zəlzələləri qeydə alan avadanlıqlar və onların proqram təminatları dünya miqyasında ən yaxşılarındadır.

Ekspert: Hündürmərtəbəli binalar tikilən ərazilərin seysmik tədqiqatları aparılmaldır
please wait

No media source currently available

0:00 0:05:26 0:00

“Həm də amerikalı mütəxəssislər tez-tez gəlib həmin proqramları yeniləyir və mənəvi köhnəlmiş cihazlar yeniləri ilə əvəz olunur”, o qeyd edib.

Ekspert iyulun 4-də Xəzər dənizində baş verən zəlzələ ilə bağlı fərqli məlumatların yayılmasına da münasibət bildirib.

“Zəlzələ baş verən anda hesablanan zəlzələ parametrləri ilk məlumat kimi qəbul edilir və xətalı ola bilir. Daha sonra bir neçə gün ərzində ətraf stansiyaların da məlumatları toplanılır və dəqiqləşdirmələr aparılır. Məsələn, Avropa, Aralıq dənizi Seysmoloji Xidmət Mərkəzinin saytına baxsanız, orada Xəzərdə 5,4 bal gücündə zəlzələ olduğunu görəcəksiniz. 10-15 gün sonra zəlzələnin parametrləri ilə bağlı daha düzgün məlumatlar əksini tapacaq. Zəlzələ ocağının dərinliyinin tapılması daha mürəkkəb prosesdir və bu hesablamalarda xətalar ola bilir. Bu səbəbdən müxtəlif rəqəmlər olur. Bütün məlumatlar işləniləndən sonra daha dəqiq dərinlik üzərində dayanılır”, o qeyd edib.

Akademik RSX mərkəzinin baş direktoru Qurban Yetirmişlinin ölkənin müasir tələblərə cavab verən seysmoloji xəritəsinin olmaması ilə bağlı dediklərinə də münasibət bildirib.

“Qurban müəllim yəqin nəzərdə tutur ki, daha dəqiqliklə hansı bölgəyə hansı seysmik balı vermək olar. Bu mənada o haqlı ola bilər. Amma yeni seysmik təhlükə xəritəsinın məsələsinə gəldikdə 2000-ci il Xəzər zəlzələsindən sonra Avropa təşkilatının qrantı çərçivəsində RSX mərkəzinin iştirakı ilə Qafqaz üçün seysmoloji təhlükə xəritəsi hazırlanıb. Bu xəritlər də vaxtaşırı yenilənməlidir”, o bildirib.

Fəxrəddin Qədirov Bakının mikroseymik rayonlaşdırma xəritəsinin hazırlandığını da deyib.

“Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Geologiya və Geofizika İnstitutunun alimləri Elmin İnkişafı Fondunun qrantı əsasında Bakıda 6 minə yaxın nöqtədə microtremor ölçmələri apararaq mikroseysmik rayonlaşdırma xəritəsi hazırlayıb. Bu xəritədə seysmik dalğaların güclənmə əmsalı böyük olan yerlər təhlükəli olaraq müəyyənləşdirilib və Fövəqladə Hallar Nazirliyinə təqdim edilib. Qeyd edim ki, qayalıq ərazidə bu əmsal çox kiçikdir”.

Alimin dediyinə görə, Azərbaycanda qrunt sularının səviyyəsinin ölçülməsi üçün Ekologiya və Təbii Sərbətlər Nazirliyinin 10 quyusu bu gün fəaliyyət göstərir.

“Azərbaycanda 20 ədəd belə quyu var idi. Hazırda proqnoz məqsədi ilə onlardan 10 ədədi çalışır. Amma quyular vasitəsi ilə də proqnoz vermək çox çətindir. Əgər proqnoz vermək mümkün olsa idi Yaponiya, Çili, Amerikanın özü bundan nəticə çıxara bilərdi”.

Fəxrəddin Qədirov hesab edir ki, hündürmərtəbəli evlərin tikintisi zamanı geofiziki etüd olmalıdır.

“Binanın istiqamətini, yerləşməsini, hamısını geofiziki etüdlə həll etmək olar. Ola bilsin ki, bina tikilən ərazidən bir qırılma keçir. Bu zaman bina həmin qırılmaya perpendikulyar olaraq tikilə bilməz. Bina qırılmaya paralel tikilməlidir. Perpendikulyar tikilərsə zəlzələ zamanı qırılmada yerdəyişmə olur və təhlükə yaranır. Bunun üçün bina tikilən ərazidə seysmik və geofiziki tədqiqatlar aparılmalıdır. Bildiyim qədər seysmik tədqiqatlar aparılmır. Amma biz tikinti şirkətlərinə müraciətlər edirik ki, tikinti apardıqları ərazidə seysmik tədqiqatlar aparılmalıdır. Öyrənilməlidir ki, tikilən bina gələcəkdə hansı təhlükələrlə qarşılaşa bilər”, akademik qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG