Accessibility links

NATO müttəfiqləri Ukraynanın alyansa üzvlüyünü sürətləndirəcəkmi?


NATO müttəfiqləri Ukraynanın alyansa üzvlüyünü sürətləndirəcəkmi?
please wait

No media source currently available

0:00 0:03:25 0:00

NATO müttəfiqləri Ukraynanın alyansa üzvlüyünü sürətləndirəcəkmi?

NATO müttəfiqləri iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsda hər il keçirilən iki günlük sammitə hazırlaşırlar. Eyni zamanda isə Ukrayna ittifaqı onun üzvlük müraciətini sürətləndirməyə çağırır. Bu arada isə Qərb Rusiyanın aqressiyası fonunda birliyini qorumağa çalışdığı bir vaxt, NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə axşamı vəzifə müddətini bir il daha uzatdığını təsdiqləyib.

Ukrayna Rusiyanın ölkənin şərqində işğal etdiyi əraziləri ilhaq etiyini açıqlamasından sonra sentyabr ayında rəsmi olaraq NATO-ya qoşulmaq üçün müraciət edib.

Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nu gələn həftə keçiriləcək sammitdə ölkəsinin ittifaqa müraciətini sürətləndirməyə çağırıb.

“Vilnüs sammitində bizə Ukraynanın müharibədən sonra NATO-nun bərabərhüquqlu üzvü ola biləcəyinə və ona daxil olmaq hüququna malik olduğuna dair çox konkret və aydın işarə olmalıdır,” O deyib.

Bir neçə NATO üzvü, o cümlədən Britaniya, Polşa və Baltikyanı ölkələr Ukraynanın bu tələbini dəstəkləyib.

“Sadəcə olaraq dəhliz, prosedurlar, alqoritmlər yaratmaq lazımdır – müharibə bitsə və ya şərait imkan verirsə, necə davam etmək lazımdır,” Litva Prezidenti Gitanas Nauseda deyib.

Ancaq bəzi NATO müttəfiqləri, xüsusilə Birləşmiş Ştatlar və Almaniya, hələ ki, Ukraynanın üzvlüyünün sürətləndiriməsini dəstəkləməyiblər.

Bəzi suallar qalır. Məsələn NATO-nun kollektiv müdafiə barədə 5-ci maddəsi Rusiya ilə müharibə şəraitində olan ölkəyə necə şamil olunacaq?

Fabruz Potier NATO-nun siyasət planlaşdırma üzrə keçmiş direktorudur.

“Siz elə bir razılaşma təsəvvür edə bilərsiniz ki, 5-ci maddə yalnız mübahisəsiz və ya azad Ukrayna ərazisinə, Kyivin nəzarəti altında olan ərazilərə şamil edilsin, istər hərbi baxımdan, istərsə də siyasi, diplomatik baxımdan hələ də mübahisəli olanlar ərazi isə–5-ci maddənin əhatəsindən kənarda qalacaq. Yəni mən hesab edirəm ki, bu, daha real ssenaridir. Amma məhz buna görə mən hesab edirəm ki, bu prosesi Vilnüsdə başlatmaq lazımdır,” o deyir.

NATO müttəfiqləri həmçinin illik ümumi daxili məhsullarının ən azı iki faizini müdafiəyə xərcləmək üçün yeni investisiya öhdəliyi barədə razılığa gəlməyə çalışacaqlar. Belə ki, bəzi üzvlərin hədəfə çata bilmədiyinə dair narahatlıqlar mövcuddur.

Bu arada isə İsveçin Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən dərhal sonra Finlandiya ilə birlikdə NATO-ya qoşulmaq müraciəti Türkiyə tərəfindən əngəllənməyə davam edir. Türkiyə Stokholmu Ankaranın dediyinə görə, kürd terrorçulara sığınacaq verməkdə ittiham edir.

Müttəfiqlər sammitdə bu məsələdə irəliləyişin olacağına ümid edirlər.

NATO ötən ilki sammitdə ilk dəfə olaraq Çini təhlükəsizlik və dəyərlərinə təhlekə olaraq tanıyıb. Potier deyir ki, Qərb müttəfiqləri çox güman ki, bu mövqelərini dəyişməyəcəklər.

“Bununla belə, mən Vilnüsdə Hind-Sakit Okean regionundan - Cənubi Koreya, Yaponiya, Yeni Zelandiya və Avstraliyadan olan NATO üzvü olmayan dövlət başçıları ilə görüş vacibdir, çünki, məncə, bu, alyansın ən azından siyasi səviyyədə, bölgədəki həmfikir tərəfdaşlarla nə qədər əlaqədə olduğuna işarə edəcək,” Fabris Potier deyir.

NATO müttəfiqləri həmçinin yeni və yaranmağa başlayan təhlükələr, iqlim dəyişikliyi, kiber və fəza texnologiyalarını müzakirə edəcəklər.

XS
SM
MD
LG