Accessibility links

Tunisdən yola düşən qayığın batması nəticəsində 1 nəfər həlak olub, 10 nəfər itkin düşüb


İyulun 9-u Tunis rəsminin verdiyin məlumata görə, ölkə sahilindən İtaliyaya yola düşən tunisli mühacirlərin olduğu qayığın Aralıq dənizində batması nəticəsində ən azı 1 nəfər ölüb və 10 nəfər itkin düşüb.

Tunis misli görünməmiş miqrasiya böhranı ilə üz-üzədir və Avropada daha yaxşı həyat ümidilə Afrika və Yaxın Şərqdə yoxsulluqdan və münaqişələrdən qaçan insanlar üçün əsas çıxış nöqtəsi kimi Liviyanı geridə qoyub.

Reuters agentliyinin topladığı rəqəmlərə əsasən, son faciə Şimali Afrika ölkəsinin sahillərində ölən və itkin düşənlərin sayı 2023-cü ilin birinci yarısında 600-dən çox təşkil edir ki, bu da əvvəlki illərlə müqayisədə xeyli çoxdur.

Sfaks şəhərinin hakimi Fauzi Məsmudinin Reuters agentliyinə verdiyi məlumata görə, Tunis sahil mühafizəsi Zarzis şəhəri yaxınlığındakı sahildən yola düşən və daha sonra batan qayıqdan 11 nəfəri xilas edib.

İnsan haqları təşkilatı olan Tunis İqtisadi və Sosial Hüquqlar Forumu iyulun 8-də bildirib ki, qayıqların batması nəticəsində ölən və itkin düşənlərin sayı 608-ə çatıb və sahil mühafizəsi Tunis sahillərindən təxminən 33 000 nəfərin qayıqlara minmək cəhdinin qarşısını alıb.

Tunis öz sahillərindən çox sayda insanın yola düşməsini dayandırmaq üçün Avropa ölkələrinin təzyiqi altındadır. Lakin prezident Kais Saied sərhəd mühafizəçisi kimi fəaliyyət göstərməyəcəyini söylədi.

XS
SM
MD
LG