Accessibility links

Klivlend mərkəzində gecə klubunda atışma nəticəsində xəsarət alan 9 nəfər xəstəxanaya yerləşdirilib


ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində gecə klubunda səhər saatlatında atışma olub. Hadisə zamanı xəsarət alan 9 nəfər xəstəxanaya çatdırılıb. Rəsmilərin bildirdiyinə görə, hadisə nəticəsində həlak alan olmayıb.

Polisin ilkin məlumatlar əsasında bildirdiyinə görə, bir nəfər iyulun 9-u gecə saat 2:30-da Verhaus rayonunda bir qrup insana atəş açmağa başlayıb. Həmin saatda klublar bağlanmağa hazırlaşırdılar. Şübhəli şəxs ərazini tərk etməyə müvəffəq olub.

Polisin əlavə etdiyinıə görə, əraziyə məsul olan zabitlər hadisə yerinə tez gələrək, ilkin tibbi yardım göstəriblər. Rəsmilər güllə xəsarəti alan 9 nəfəri MetroHealth Tibbi Mərkəzinə aparıldığını və onların vəziyyəti haqda tam məlumatın hələ olmadığını bildirirlər.

Rəsmilərin dediyinə görə, müstəniqlər xəstəxanada qurbanlarla danışıb, video görüntüləri və sübutları nəzərdən keçiriblər. Hadisə ilə bağlı həbs həyata keçirilməyib. Polis atışma haqda məlumatı olanlardan onlara məlumat verməsini xahiş edib.

XS
SM
MD
LG