Accessibility links

Dövlət Departamenti: Yaxın aylarda Azərbaycan-Ertmənistan danışıqlarını səbrsizliklə gözləyirik


Matthew Miller, Zëdhënës i Departamentit të Shtetit
Matthew Miller, Zëdhënës i Departamentit të Shtetit

İyulun 10-da Dövlət Departamentinin rəsmi nümayəndəsi Azərbaycan və Ermənistan sülh danışıqlarının davam edəcəyinə ümid etdiyni bildirib.

"Biz əvvəlki kimi razılığın mümkün olduğunu hesab edirik və yaxın aylarda gələcək danışıqları səbrsizliklə gözləyirik", mətbuat katibi Metyu Miller mətbuat üçün gündəlik brifinqdə Turan agentliyinin sualına cavabda bildirib.

Ötən ayın sonlarında ABŞ dövlət katibi Antoni Blinken Virciniya ştatında, Arlinqtonda, Xarici Əlaqələr üzrə Milli Tədris Mərkəzində ikitərəfli sülh danışıqları üçün Azərbaycan və Ermənistanın xarici işlər naziri Ceyhun Bayramov və Ararat Mirzoyanı qəbul edib.

"Arlinqton sülh prosesinin baş tutması üçün azərbaycanlılar və ermənilər yaxın günlərdə və aylarda nə etməldir?" sualına cavabda Miller belə deyib: "Düşünürəm ki, danışıqların davam etməsi daha bir əlamət olardı, biz onları dəstəkləməyə davam edirik".

ABŞ-da Azərbaycan və Ermənistan arasında danışıqların birinci raundu mayın 1-dən 4-dək keçirilib.

27-29 iyunda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində danşıqların ikinci raundu olub. Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Antoni Blinken və prezidentin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.

ABŞ Dövlət katibi Antoni Blinken danışıqların yekunu ilə bağlı deyib ki, “ümumi razılığa gəlmək məqsədilə müxtəlif məsələlər üzrə əlavə razılıqlar və bu görüşlər vasitəsilə əldə etdiyimiz momentumdan istifadə etmək üçün” bu prosesi növbəti həftələr və aylarda davam etdirməyi səbirsizliklə gözləyir.

“Düşünürəm ki, hər kəs yaxşı bilir ki, bəzi hallarda razılığa nə qədər çox yaxınlaşsanız, bu, bir o qədər çətinləşir, çünki adətən ən çətin məsələlər sona qalır,” dövlət katibi Blinken qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrailin baş naziri müharibə kabinetini buraxıb
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG