İyulun 15-də Brüsseldə Avropa İttifaqı, Azərbaycan və Ermənistan liderlərinin altıncı üçtərəfəli görüşündən sonra açıqlama verən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel danışıqlarda Azərbaycan və Ermənistanın ən əhatəli və gərgin mərhələdən keçdiyini qeyd edib. Üçtərəfli görüş iyunun sonunda ABŞ-da dövlət katibi Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh danışıqlarının ikinci raundundan sonra baş tutub. Blinken Azərbaycan və Ermənistanın sülhə yaxın olduğuna inandığını bildirib. ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə keçmiş köməkçisinin müavini vəzifəsində çalışmış səfir Riçard Hoqland Avropa və İttifaqı və Birləşmiş Ştatların Azərbaycan və Ermənistan arasında sülhə nail olunması istiqamətində səyləri haqda danışıb.
Riçard Hoqland: ABŞ və Avropa İttifaqının əsas marağı Azərbaycan və Ermənistan arasında sülhə nail olmaqdır
Episodes
-
Oktyabr 02, 2024
Seçicilər Kollegiyası nədir?
-
Oktyabr 01, 2024
Vaşinqtonda Twilight Zone Okeanın Gizli Möcüzələri adlı sərgi açılıb
-
Oktyabr 01, 2024
COP-29: Gözləntilər və reallıqlar
-
Oktyabr 01, 2024
Avropa Şurası qarşısında İqbal Əbilova dəstək aksiyası keçirilib