Accessibility links

Səudiyyə Ərəbistanı Ukrayna ilə bağlı danışıqlar keçirməyi planlaşdırır


UKRAINE-CRISE/BORODIANKA
UKRAINE-CRISE/BORODIANKA

Wall Street Journal (WSJ) qəzeti şənbə günü bildirib ki, Səudiyyə Ərəbistanı avqustun əvvəlində Qərb ölkələri, Ukrayna və Hindistan və Braziliya kimi inkişaf etməkdə olan aparıcı ölkələri də dəvət edərək, Ukrayna ilə bağlı danışıqlar keçirmək niyyətindədir.

Danışıqlarda 30 ölkədən yüksək səviyyəli rəsmilərin iştirak edəcəyi bildirilir. Rusiya bu danışıqlara dəvət olunmayıb.

WSJ görüşün keçirilməsini müzakirə edən diplomatlara istinadən bildirib ki, İndoneziya, Misir, Meksika, Çili və Zambiya da daxil olmaqla, 30 ölkədən yüksək səviyyəli rəsmilər avqustun 5-i və 6-da Ciddədə toplaşacaqlar. Bu ilin iyun ayında Kopenhagendə oxşar danışıqlarda iştirak edən ölkələrin də Səudiyyə Ərəbistanında keçiriləcək görüşdə təmsil olunacağı gözlənilir.

Britaniya, Cənubi Afrika, Polşa və Avropa İttifaqı ölkələri artıq görüşdə iştirakını təsdiqləyən ölkələr arasındadır. Wall Street Journal qəzetinin məlumatına görə, ABŞ-ı Bayden administrasiyasının milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan təmsil edəcək.

Ukrayna və onun Qərb tərəfdaşları Rusiyanın iştirak etmədiyi bu danışıqların Ukraynanın xeyrinə sülh şərtlərinə beynəlxalq dəstəyin verilməsinə gətirib çıxara biləcəyinə ümid edirlər.

Ukrayna ərazisinin altıda birini ilhaq etdiyini iddia edən Rusiya öz ərazi iddialarını əsas gətirərək, Kyivdən sülh danışıqlarının şərtləri kimi “yeni reallıqları” qəbul etməyi tələb edir.

Kyiv iddia edir ki, Rusiya ilə istənilən danışıqlara yalnız Moskva öz qüvvələrini Ukraynanın işğal olunmuş ərazilərindən çıxardıqdan sonra başlamaq mümkündür.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG