Accessibility links

Qərbi Azərbaycan vilayətində aksiya zamanı saxlanılan kəndlilərə qarşı məhkəmə işi açılıb


Tikantəpənin Orta Ağdərə kəndi
Tikantəpənin Orta Ağdərə kəndi

Qərbi Azərbaycan vilayətində İranın ən böyük qızıl mədənlərindən olan Ağdərə mədəninin yaxınlığında keçirilən aksiya zamanı nəzarət altına alınan kəndlilərə qarşı məhkəmə işi açılıb.

Bazar günü Qərbi Azərbaycanın Tikantəpə (Təkab) şəhərində yerləşən Ağdərə mədəninin yolunda aksiya keçirən çox sayda kəndli çevik polis qüvvələrinin hücumuna məruz qalıblar. Hüquq müdafiəçiləri ən az iki etirazçının yaralandığı və çox sayda kəndlinin saxlandığına dair məlumat yayıblar. Sosial mediada paylaşılan bəzi görüntülərdə qadınlar daxil olmaqla bəzi kəndlilərin polis qüvvələri tərəfindən döyüldüyü görünür.

Dövlət agentıiyi İRNA daha sonra Tikantəpə polis komandiri polkovnik Rza Müzəffərə istinadən kəndlilərə qarşı məhkəmə işi açıldığını bildirib.

"Ağdərə əhalisindən bir qrup qanunsuz aksiya keçirərək mədənin yolunu qapadıb və düşərgənin təhlükəsizliyi və istehsalına əngəl törətmişdilər. Kəndin təhlükəsizliyini pozan əsas amillər həbs edilərək məhkəmə qurumuna təslim ediliblər. Onlara qarşı məhkəmə işi açılıb," deyə, polis komandiri açıqlayıb.

Azərbaycan İnsan Haqları Cəmiyyətinin (Ərk) yaydığı məlumata əsasən, kəndlilər yerli əhalinin mədənn tərəfindən işə götürülmədiyinə etiraz bildirmək üçün aksiya təşkil ediblər.

Qərbi Azərbaycanın Tikantəpə şəhərində yerləşən Zərşoran və Ağdərə mədənləri İranın ən böyük qızıl mədənləri olmaqla yanaşı, Yaxın Şərqin də ən böyük qızıl mədənləri arasındadırlar.

2014-cü ildə Ağdərə mədənindən qovulduqdan sonra etiraz aksiyası təşkil edən bir çox yerli işçi işəgötürənin şikayəti ilə Qərbi Azərbaycan məhkəmələrində həbs, pul cəriməsi və şallaq cəzasına məhkum edilmişdilər. 17 işçinin şallaq hökmü2016-cı ilin may ayında icra edildi.

Forum

XS
SM
MD
LG