Accessibility links

Ukrayna Baş Prokurorluğu: Müharibə başlayandan bəri 10 mindən çox dinc sakin həlak olub


Ukrayna Baş Prokurorluğunun Müharibə Dövründə Törədilmiş Cinayətlərə Qarşı Mübarizə şöbəsinin müdiri Yuri Belousov "İnterfaks-Ukrayna"ya müsahibəsində Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri 10,749 dinc sakinin həlak olduğunu 15,599 nəfərin isə yaralandığını bildirib.

Nəşrin jurnalisti BMT-nin statistikasına (9 mindən çox ölü və 15 min yaralı) istinadən Belousovdan real rəqəmlərin nə qədər olduğunu soruşub. Belousov qeyd edib ki, onların məlumatı BMT-nin verdiyi məlumata yaxındır və hamısı təsdiqlənib. O, ölənlər arasında 499 uşağın, yaralananlar arasında isə 1090 uşağın olduğunu deyib.

"Biz başa düşürük ki, bu rəqəmlər aysberqin görünən hissəsidir. Biz ərazilərimizi işğaldan azad etdikdən sonra saylar dəfələrlə, bəlkə də onlarla dəfə artıq olacaq. Düşünürəm ki, təkcə Mariupolda on minlərlə ölü olacaq," Belousov deyib.

Bundan əlavə, o, insanların itkin düşməsi riskinin həmişə olacağını deyib.

"Ruslar bizim aşkar edə bilməməmiz üçün ölənlərin basdırıldığı yerləri dəyişə bilər. Təəssüf ki, belə hallar ola bilər," o bildirib.

Associated Press-in məlumatına görə, Rusiyada və onun işğal etdiyi ərazilərdə yerləşən müəssisələrdə işgəncələrə məruz qalan minlərlə ukraynalı ola bilər. Məlumatda bildirilib ki, bir çox mülki şəxs, bölgədə kiçik pozuntulara görə saxlanılır. Digərləri isə terrorçu, döyüşçü və ya "xüsusi hərbi əməliyyata müqavimət göstərən" şəxslər (Rusiya hakimiyyəti Rusiya Federasiyasının Ukraynada başladığı müharibəni belə adlandırır) olaraq həbs edilir.

BMT-nin hesabatında deyilib ki, 2022-ci il fevralın 24-dən bəri Rusiya hərbçiləri Ukraynanın işğal olunmuş ərazilərində həbsdə olan mülki şəxslərə qarşı 70-dən çox məhkəməsiz edam həyata keçirib. Söhbət 72 kişi və beş qadından gedir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG