Accessibility links

Təbrizin bir məhəlləsində suyun kəsilməsi etiraza səbəb olub


Təbriz bağmeşə məhəlləsi, su kəsintisinə etiraz aksiyası
Təbriz bağmeşə məhəlləsi, su kəsintisinə etiraz aksiyası

Avqustun 7-nə keçən gecə Təbriz şəhərinin Bağmeşə məhəlləsinin bəzi sakinləri suyun davamlı kəsilməsindən sonra etiraz aksiyası keçirib.

Sosial mediada paylaşılan videolarda Təbrizin Bağmeşə məhəlləsinin sakinləri suyun davamlı şəkildə kəsilməsinə etiraz olaraq aksiya keçirərək, “Biz içməyə su istəyirik vəssəlam” şüarları səsləndirdiyi görünür.

Yayılan videolarda bəzi etirazçılar etiraz əlaməti olaraq əllərində boş su qabları daşıyıblar.

İSNA xəbər agentliyi Təbrizin Bağmeşə əhalisinin etiraz xəbərini dərc edərək, valinin ictimai-siyasi müavini Turab Məhəmmədi və Şərqi Azərbaycan Su və Kanalizasiya Şirkətinin icraçı direktoru Məhəmməd Xaninin etirazçılarla görüşməyə getdiyini bildirib.

Son iki gündə Təbrizin Bağmeşə şəhərciyində su tamamilə kəsilib. Bu arada, bir həftə ərzində Təbrizin bu məhəlləsində su fasiləsiz olaraq kəsilir. Ona görə də, həmin məhəllənin sakinləri davamlı su kəsintilərindən olduqca narahat olub.

Təbriz şəhərinin rəsmiləri bu məhəllənin etirazçılarına yaxın günlərdə su problemini həll edəcəklərinə söz veriblər.

Təbrizdə suyun kəsilməsi problemi su ehtiyatlarının azalması və lazımi infrastrukturun olmaması ilə bağlıdır. Bundan əvvəl vilayət rəsmiləri su qıtlığının olduğunu və yağışların azalması səbəbindən Təbriz şəhərini su ilə təmin edən bəndlərin su anbarlarında suyun həcminin azaldığını açıqlamışdı.

Təbriz şəhərinin müxtəlif bölgələrində şəhər əhalisinin içməli suyu üç ayrı mənbədən təmin edilir və bu mənbələrdən birində problem yarandığı halda, bu şəhərin həmin bölgəsinin içməli su ilə təminatı problemlə üzləşir. Bu isə lazımi infrastrukturun təmin olunmamasından qaynaqlanır.

Son vaxtlarda Təbrizin İran parlamentindəki millət vəkili Əhməd Əlirzabeygi hökumətin bəzi durumlarda "suyun təmininə belə imkanı olmadığını" və ölkəni "problemlər bürüdüyünü” ifadə edərək hökumətin idarəçilik üsulunu tənqid etmişdi.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. "Hizbullah" lideri: Müharibə başlasa, İsraildə "təhlükəsiz yer olmayacaq"
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG